Əlaqəli yazılar

MH6: Mənfəət və Zərər hesabatı

Mənfəət və zərər hesabatı müəyyən bir dövr ərzində müəssisənin gəlirlərini və xərclərini özündə əks etdirir. Bu hesabat müəyyən bir dövrü əhatə edir (məsələn, illik, yarımillik, rüblük (yəni 3 aylıq) və ya aylıq). Maşın istehsal edən XYZ müəssisəsinin 2014-cü il üçün mənfəət-zərər hesabatını düzəldək.

  1. Müəssisə 2014-ci il ərzində 500 ədəd maşın satmışdır. Hər maşının satış qiyməti 10 000 AZN olmuşdur. Deməli şirkətinin gəliri 500 x 10 000 = 5 000 000 AZN.

1

  1. Maşın istehsalı üçün istifadə edilən xammalın dəyəri 3 000 000 AZN təşkil etmişdir. Əlavə olaraq işıq, qaz, işçilərin maaşı, və bu kimi administrativ xərclərə 550 000 AZN vəsait istifadə edilmişdir. Bu xərclər mənfəət-zərər hesabatında mənfi işarə ilə yazılır və satış gəlirindən çıxılır.

2

  1. XYZ müəssisəsi 2014-ci il ərzində cəlb etdiyi vəsaitə görə 350 000 AZN faiz ödəmiş və avadanlıqların köhnəlməsi ilə bağlı 220 000 AZN xərc hesablanmışdır.

3

  1. Müəssisə 2014-ci il ərzində əldə etdiyi mənfəətə görə 40% vergi ödəmişdir.

4

Bütün əməliyyatlar mənfəət və zərər hesabatında qeyd edilmir. Buna misal olaraq aşağıda qeyd edilmiş 4 əməliyyatı göstərə bilərik:

  • Xarici valyuta əməliyyatlarından yaranmış gəlir və ya zərər
  • Gələcək üçün nəzərdə tutulmuş xərclər
  • Hedcinq emeliyyatları üzrə reallaşmamış gəlir və ya zərər
  • Satış üçün nəzərdə tutulan qiymətli kağızlar üzrə reallaşmamış gəlir və ya zərər

Bütün bu əməliyyatlar (mənfəət və zərər hesabatında qeyd edilməyən) digər məcmu gəlirlərdə qeyd edilir.

5


Buradaykən, Sizdən kiçik bir xahişimiz var. Bildiyiniz kimi, biz – “INNAB” komandası olaraq ana dilində peşəkar inkişafı təmin etmək məqsədi ilə məzmun (kontent) yaratmaqla da məşğuluq. İşinə məsuliyyətlə və həvəslə yanaşan komandamız bu işi təmənnasız şəkildə yerinə yetirir. Komandamız məzmunlarımızın daha çox insanların izləməsini görüb daha da motivasiya olur. Bu işdə sizin də dəstəyinizə ehtiyacımız var. Bu postu paylaşmaqla, həmçinin hər baxıb bəyəndiyiniz videoları, məqalələri daha çox insana tövsiyyə etməklə, youtube kanalımıza, bloqumuza, facebook/linkedin/instagram səhifəmizə abunə olmaqla həm bizi motivə edə, həm də peşəkar inkişafınız üçün zəmin yarada bilərsiniz.