Əlaqəli yazılar

Mobbinq nedir ? – İş Yerində Psixoloji Şiddət

Mobbinq – bir və ya bir qrup insanın başqasına və ya başqa bir qrupa qarşı sosial zorakılığıdır.

Latın mənşəli olan mobbinq sözünün mənası: psixolojitəcavüz, zorakılıq, təzyiq, çətinlik, şiddət deməkdir. Mövzumuz iş yerlərində mobbinq haqqında olduğu üçün qeyd etmək istəyirəm ki, gücə sahib olan şəxs və ya qrup tərəfindən psixoloji cəhətdən başqalarına uzun müddətli sistematik təzyiq göstərmə halları xüsusi ilə, iyerarxik şəkildə qurulmuş və nəzarətin zəif olduğu təşkilatlarda özünü daha çox göstərə bilər.

İş yerində mobinq anlayışı

İş yerlərində mobbinq anlayışı ilk dəfə 1984-cü ildə Dr. Heinz Leymann (1932-1999/İsveçli akademik) tərəfindən “İş Yerində təhlükəsizlik və sağlamlıq” adlı məruzə ilə təqdim edilmiş və bununla da elmi yazılarda işlənməyə başlanılmışdır. Hər zaman iş həyatında olan, lakin diqqətdən kənarda qalan mobbinq, bir çox iş yerində, bir çox işçinin kabusuna çevrilməkdədir. Bəzən təhqir, alçatma və bəzən həddindən artıq iş yükü ilə özünü göstərən bu davranışa məruz qalmaq, işçinin həm psixoloji, həm də fizioloji cəhətdən mənfi mənada təsirlənməsinə səbəb ola bilər.

Mobbingi necə başa düşmək olar?

Hər münaqişə və ya fikir ayrılığı, o cümlədən ani, streslə əlaqəli problemlər psixoloji şiddət/təcavüz kimi qəbul edilməməlidir. Bir münaqişəyə psixoloji şiddət kimi baxmaq üçün davranışlar ayda bir neçə dəfə təkrarlanmalı, uzun müddət davam etməlidir.

Dr. Leymanna görə: Adi qarşıdurma və ya iş yerində psixoloji şiddəti bir-birindən ayıran əsas məfhum onların məzmunu deyil, təkrarlanma sıxlığı və davam etmə müddətidir. Psixoloji şiddət davranışının/davranışlarının həftədə ən az bir dəfə və ən az altı ay boyunca davam etməsi durumunda, bu hal artıq mobbinq olaraq qəbul edilməlidir.

Mobbing Davranışları: Dr. Heinz Leymann, 45 ayrı mobbinq davranışı müəyyənləşdirmiş və bunları davranışın xüsusiyyətlərinə görə 5 qrupda toplamışdır:

 

İş yerində Mobbinq nəticəsində:

İşçinin peşəkarlığına və özünəinamına zərbə vurulur, işçinin özünə şübhə ilə yanaşmasına, çaşqınlığına və təcrid olunmasına səbəb olur. Bununla da işçi narahatlıq, qorxu, utanc, qəzəb hissləri içində yaşayır.

Nəticədə: işin keyffiyyəti aşağı düşür, işçilər itirilir, yetişmiş mütəxəssislər başqa şirkətlərə getməyə can atır, xəstəlik icazələrinin sayı çoxalır, işçilər arasında anlaşılmazlıqlar çoxalır, qarşılıqlı hörmət prinsipləri zədələnir, şirkət mədəniyyətində çöküşlər başlayır, təşkilata bağlılıq kəskin azalır.

İş yerində Mobbinqin qarşısının alınması üçün:

  • Təşkilatın işçiləri arasında ədalətli davranış bir dəyər olaraq qəbul edilməlidir.
  • Menecerlər münaqişələr zamanı dərhal tədbirlər görməli və münaqişənin şiddətinin artmaması üçün fəaliyyət planı hazırlamalıdırlar.
  • İşçilərin vəzifələri və məsuliyyət sahələri dəqiq müəyyənləşdirilməlidir.
  • İşçilərin belə bir vəziyyət yarandıqda vəziyyəti rəhbərliyə bildirməsi üçün effektiv prosedurlar hazırlanmalıdır.

İş yerində Mobbinqin qarşısının alınması üçün İnsan Resursları (HR) strukturu nə edə bilər:

  • İşçilərin müvafiq yöndə tədris ehtiyacları müəyyən olunmalıdır.
  • İşçi seçimində insanlarla münasibər faktorları əsas alınmalıdır.
  • İşə qəbul və karyera məsələlərində həssas davranılmalıdır.
  • Motivasiya amilləri qurulmalıdır.
  • İnsan mərkəzli yanaşmalar tətbiq olunmalıdır.
  • Şəxsi inkişafa önəm verilməlidir.
  • Təşkilata bağlılıq sistemi təmin edilməlidir.

 

Sonda qeyd edim ki, mobbinq davranışlarının müxtəlif formalarının bəzi təşkilatlarda mövcud olması istisna edilmir. Bu davranışlar olan yerdə isə təşkilata bağlılıq, motivasiya, əmək məhsuldarlığı kimi məsələləri tətbiq etmək olduqca çətin məsələdir.

Buradaykən, Sizdən kiçik bir xahişimiz var. Bildiyiniz kimi, biz – “INNAB” komandası olaraq ana dilində peşəkar inkişafı təmin etmək məqsədi ilə məzmun (kontent) yaratmaqla da məşğuluq. İşinə məsuliyyətlə və həvəslə yanaşan komandamız bu işi təmənnasız şəkildə yerinə yetirir. Komandamız məzmunlarımızın daha çox insanların izləməsini görüb daha da motivasiya olur. Bu işdə sizin də dəstəyinizə ehtiyacımız var.

Bu postu paylaşmaqla, həmçinin hər baxıb bəyəndiyiniz videoları, məqalələri daha çox insana tövsiyyə etməklə, youtube kanalımızabloqumuzafacebook / linkedin / instagram səhifəmizə abunə olmaqla həm bizi motivə edə, həm də peşəkar inkişafınız üçün zəmin yarada bilərsiniz.Bu yazımızda sizə İnsan Resurslarının mahiyyəti haqqında ilkin məlumat verməyə çalışdıq.

Müəllif: HR Ekspert

 

 

Əlaqəli yazılar