Əlaqəli yazılar

Müxtəlif mətn tipli məlumat saxlayan xanaların sayılması

Müxtəlif şərtlərə əsasən xanaların sayılması Exceldə ən çox yerinə yetirilən əməliyyatlardandır. Həmin əməliyyatları aşağıdakı funksiyalarla yerinə yetirmək mümkündür:

  • COUNT – Tərkibində yalnız ədəd tipli məlumatlar olan xanaları sayır;
  • COUNTBLANK – Yalnız boş xanaları sayır;
  • COUNTA – Boş olmayan xanaları sayır;
  • COUNTIF/ COUNTIF – Verilən şərt(lər)ə əsasən xanaları sayır.

Bəzən tərkibində müxtəlif mətn tipli məlumatları saxlayan xanaları saymaq lazım olur. Bu cür bir neçə halla qarşılaşmaq mümkündür. Bu hallardan ikisi ilə məqalədə tanış olacaqsınız.

Əvvəlcə mətn tipli məlumatların növlərinə nəzər salaq:

  • Mətn – yalnız hərflərdən və ya həm hərflər, həm də rəqəmlərdən ibarət olur. Məsələn, İnnab və ya İnnab 001
  • Boşluq – tərkibində =”” və ya ‘ yazılan xana boş görünür.
  • Məntiqi dəyişənlər – True və ya False
  • Xüsusi işarələr – @, !, $, %

Bu cür məlumatları əks etdirən xanaları saymaq üçün aşağıdakı işarələrdən istifadə olunur:

  • * – istənilən sayda simvolu əks etdirir. Məsələn, ki* kiçik, kimi, kitab, kiloqram və s. nəticələrə uyğundur.
  • ? – yalnız bir simvolu əvəz edir. Məsələn, Gü?ay Günay və Gülay nəticələrinə uyğundur.

İndi isə aşağıdakı nümunəyə əsasən müvafiq xanaları saymaq üçün funksiyalar yazaq.

Mətn tipli məlumat yazılan xanaların sayılması (boş xanalar daxil olmaqla)

=COUNTIF(A1:A11,”*”)

Bu funksiya tərkibində mətn, xüsusi işarələr olan və boş xanaları sayır, tərkibində rəqəm və məntiqi dəyişən olan xanaları saymır. Beləliklə, funksiyanın nəticəsi 6-dır.

Mətn tipli məlumat yazılan xanaların sayılması (boş xanalar xaric olmaqla)

=COUNTIF(A1:A11,”?*”)

Bu funksiya tərkibində mətn və xüsusi işarələr olan xanaları sayır, tərkibində rəqəm və məntiqi dəyişən olan və boş xanaları saymır. Beləliklə, funksiyanın nəticəsi 5-dir.

____________________________________________________________________________________________________________________________

Buradaykən, Sizdən kiçik bir xahişimiz var. Bildiyiniz kimi, biz – “INNAB” komandası olaraq ana dilində peşəkar inkişafı təmin etmək məqsədi ilə məzmun (kontent) yaratmaqla da məşğuluq. İşinə məsuliyyətlə və həvəslə yanaşan komandamız bu işi təmənnasız şəkildə yerinə yetirir. Komandamız məzmunlarımızın daha çox insanların izləməsini görüb daha da motivasiya olur. Bu işdə sizin də dəstəyinizə ehtiyacımız var. Bu postu paylaşmaqla, həmçinin hər baxıb bəyəndiyiniz videoları, məqalələri daha çox insana tövsiyyə etməklə, youtube kanalımıza, bloqumuza, facebook/linkedin/instagram səhifəmizə abunə olmaqla həm bizi motivə edə, həm də peşəkar inkişafınız üçün zəmin yarada bilərsiniz.

Əlaqəli yazılar