Hər iki yazılış doğrudur. “Offense” amerikan, “offence” isə Britaniya ingiliscəsində istifadə olunur. Bu sözün bir neçə mənası var: qanun pozuntusu, cinayət, təhqir, inciklik, hücum.
• The number of women convicted of serious offenses/offences is fairly small. – Ağır cinayətlərə görə məhkum olunan qadınların sayı kifayət qədər azdır.
• Do you think he took offense/offence at the joke about his age? – Düşünürsən ki, o, yaşı ilə əlaqədar zarafatdan incidi?
İndi isə bu sözün iştirakı ilə yaranan bir neçə ifadəyə nəzər salaq:
1) No offence – incimə (danışıqda istifadə olunur)
No offence, but I find your sister a little rude. – İncimə, amma mənə elə gəlir ki, sənin bacın bir az kobuddur.
2) To take offence at something – nədənsə incimək
Do you think he took offence/offense at what I said about his hair? – Düşünürsən ki, o, saçı ilə bağlı dediklərimdən incidi?
3) To cause/give offence – incitmək, qəlbinə dəymək
The problem was how to say ‘no’ to her without causing offence. – Problem qəlbinə dəymədən ona “yox” demək idi.
Hazırladı: Madam Helpful