Office 365-in 14 iyun 2019-cu ildən ödənişli versiyasında təqdim etdiyi dinamik array (Dynamic Arrays) funksiyalarından biri də FİLTER funksiyasıdır. Gəlin yada salaq gündəlik işlərimizdə filter əməliyyatın necə edirdik:
1.CTRL+SHİFT+L ilə və ya Home (Data) menyusundan filteri aktiv edirdik;
2.Filteri açıb istədiyimiz kriteriyanı seçib, okey klikləyirdik.
Office 365-in bizə təqdim etdiyi funksiya isə yuxarıda qeyd edilən əməliyyatları funksiya ilə icra edərək, ayrıca array şəklində çıxarır cədvəlimizdən. Gəlin funksiyaya daha ətraflı baxaq.
Funksiyanın sintaksisi aşağıdakı kimidir:
- Array (Diapazon) – Filterləmə əməliyyatını tətbiq edəcəyimiz diapazon
- İnclude (Daxil etmək) – Kriteriya. Hansı ki, bu kriteriyaya görə filterləməni həyata keçiririk. məs: əmək haqqısı 750 AZN-dən çox olan kişi işçilər və s.
- İf_empty (əgər_boşdursa) – Tətbiq etdiyimiz kriteriya olmadıqda funksiya necə davransın. Məs: əmək haqqısı 700 AZN-ə bərabər olanları filter ilə çıxarmaq istəyirik, amma belə bir işçi yoxdur. Bu parametri hər zaman istifadə etmək tövsiyyə olunur. Çünki istifadə edilmədikdə və filter tətbiq etdiyimiz kriteriya olmadıqda, funksiya nəticə olaraq #CALC! xətasını vermiş olacaq.
Yuxarıdakı cədvəldə şirkətimizdə yalnız mütəxəssislərin siyahısı lazımdır bizə. Bunun üçün funksiyanı bu şəkildə yazmaq lazımdır. =FILTER(A1:D15,B1:B15=”Mütəxəssis”,””)
Məntiq belə oldu ki, B1:B15 diapazonunda “Mütəxəssis” dəyərinin bütün məlumatlarını A1:D15-dən çıxar gətir, belə məlumatın olmadığı halda isə funksiyanı yazdığım hissəni boş saxla (“”). İndi isə başqa bir praktiki nümunəyə baxaq. Əmək haqqısı 1500 AZN-dən yuxarı olan işçilərin siyahısı lazımdır bizə. Bunun üçün funksiyamızı bu şəkildə yazmış olacayıq. =FILTER(A2:D15,D2:D15>1500,””)
Üçüncü parametr ilə əlaqəli bir nümunəyə baxaq. =FILTER(A1:D15,B1:B15=”Baş mühasib”,”Nəticə tapılmadı”)
Cədvəldə “Baş mühasib” vəzifəsi olmadığına görə funksiyanın nəticə olmayacağı halda necə davranmalı olan hissəsi “Nəticə tapılmadı” yazısı yazıldı.
İndi isə ikili filter həyata keçirək funksiya ilə. Şirkətimizdə olan həm mütəxəssis, həm də əmək haqqısı 1500 AZN-dən yuxarı olan işçilərin siyahısını çıxaraq cədvəlimizdən indi. Bu zaman funksiyanı bu şəkildə yazmalıyıq: =FILTER(A2:D15,(B2:B15=”Mütəxəssis”)*(D2:D15>1500),”Nəticə tapılmadı”)
Funksiyanın işləmə məntiqi belədir ki, B2:B15=”Mütəxəssis” hissəsində nəticəmiz {TRUE;FALSE; FALSE; TRUE; FALSE; FALSE; FALSE; FALSE; FALSE; FALSE; FALSE; TRUE; TRUE; FALSE} şəklindədir. TRUE olan hissələr cədvəldə uyğun olaraq “Mütəxəssis” olan hissələrdir. Eyni məntiqlə D2:D15>150 nəticəsi isə {FALSE;FALSE;TRUE;FALSE;FALSE;TRUE; FALSE;FALSE;TRUE;TRUE;TRUE;TRUE;TRUE;TRUE}-dur. (B2:B15=”Mütəxəssis”)*(D2:D15>1500) – bu ifadə odur ki, {TRUE;FALSE; FALSE;TRUE;FALSE;FALSE;FALSE;FALSE;FALSE;FALSE;FALSE;TRUE;TRUE;FALSE}*{FALSE;FALSE;TRUE;FALSE;FALSE;TRUE;FALSE;FALSE;TRUE;TRUE;TRUE;TRUE;TRUE;TRUE}. Bildiyimiz kimi məntiqi ədədələr olan TRUE- 1-ə, FALSE isə 0-a bərabərdir. Dolayısı ilə, (B2:B15=”Mütəxəssis”)*(D2:D15>1500) = {0;0;0;0;0;0;0;0;0;0;0;1;1;0} olmuş olacaq. Yəni uyğun olaraq TRUE və FALSE-lərin hasilidir nəticə. 0 olan hissələr bizim şərtimizi ödəməyən hissələrdir. Yəni hər hansısa biri səhvdir- ya mütəxəssis deyil işçi, ya da əmək haqqısı 1500 AZN-dən kiçikdir. 1 olanlar isə bizim şərtimizi ödəyənlərdir. Yəni hər iki şərt TRUE olub ki, hasilləri də 1 edib. Həqiqətən də yuxarıdakı şəkildən də göründüyü kimi bizim şərtimizi ödəyən cəmi iki nəticə var.
Dərsin faylını yüklə: FILTER Formula
____________________________________________________________________________________________________________________________
Buradaykən, Sizdən kiçik bir xahişimiz var. Bildiyiniz kimi, biz – “INNAB” komandası olaraq ana dilində peşəkar inkişafı təmin etmək məqsədi ilə məzmun (kontent) yaratmaqla da məşğuluq. İşinə məsuliyyətlə və həvəslə yanaşan komandamız bu işi təmənnasız şəkildə yerinə yetirir. Komandamız məzmunlarımızın daha çox insanların izləməsini görüb daha da motivasiya olur. Bu işdə sizin də dəstəyinizə ehtiyacımız var. Bu postu paylaşmaqla, həmçinin hər baxıb bəyəndiyiniz videoları, məqalələri daha çox insana tövsiyyə etməklə, youtube kanalımıza, bloqumuza, facebook/linkedin/instagram səhifəmizə abunə olmaqla həm bizi motivə edə, həm də peşəkar inkişafınız üçün zəmin yarada bilərsiniz.