Office 365-in təqdim etdiyi dinamik array (Dynamic Arrays) funksiyalarından biri RANDARRAY funksiyasıdır. Funksiya bizə seçdiyimiz diapazona seçdiyimiz aralıqdan təsadüfi rəqəmlər yazır. Hansı ki, yazılacaq rəqəmlərin kəsr yoxsa tam olması da bizim istəyimizdən asılıdır. Bu funksiyanı RANDBETWEEN-dən fərqləndirən cəhəti odur ki, burada hansı diapazona funksiyanı tətbiq edəcəyimizi funksiyanın özündən təyin edirik. Məhz buna görə də funksiya array funksiyasıdır, diapazonlar üzərində işləyir. Gəlin funksiya ilə daha yaxından tanış olaq.
Funksiyanın sintaksisi aşağıdakı kimidir:
- Rows (Sətirlər) – Funksiyanı tətbiq edəcəyimiz array neçə sətirdən ibarətdir
- Columns (Sütunlar) – Funksiyanı tətbiq edəcəyimiz array neçə sütundan ibarətdir
- Min – Yazılacaq təsadüfi rəqəm minimum neçə olsun
- Max – Yazılacaq təsadüfi rəqəm maksimum neçə olsun
- İnteger ( Tam) – Bu parametrin özünün 2 tipi var:
- FALSE – Decimal – bu seçim zamanı təsadüfi ədədlər kəsr ədəd şəklində yazılacaq (21.2547)
- TRUE – İnteger – bu seçim zamanı təsadüfi ədədlər tam ədəd şəklində yazılacaq (21)
Əgər biz A1:D7 diapazonuna 10 və 70 arasında olan təsadüfi kəsr ədədlər yazmaq istəsək, funksiyamızı belə yazarıq:
=RANDARRAY(7,4,10,70,FALSE)
Ədədləri daxil etmək istədiyimiz diapazon 7 sətirdən (1,2,3,4,5,6,7) və sütundan (A,B,C,D) ibarətdir. 10 və 70 min və max ədədlərimiz. FALSE isə kəsr ədədlərlə olmağını göstərir ədələrin. İndi isə gəlin eyni əməliyyatı tam ədədlər ilə yerinə yetirək. =RANDARRAY(7,4,10,70,TRUE)
Əgər biz bunu RANDBETWEEN ilə etməli olsaydıq, əvvəlcə A1:D7 diapazonu seçilməli, daha sonra =RANDBETWEEN(10,70) funksiyası yazılaraq CTRL+ENTER düymələri bir yerdə sıxılmalıdır ki, funksiya seçilmiş bütün diapazona tətbiq edilsin.
Dərsin faylını yüklə: RANDARRAY
____________________________________________________________________________________________________________________________
Buradaykən, Sizdən kiçik bir xahişimiz var. Bildiyiniz kimi, biz – “INNAB” komandası olaraq ana dilində peşəkar inkişafı təmin etmək məqsədi ilə məzmun (kontent) yaratmaqla da məşğuluq. İşinə məsuliyyətlə və həvəslə yanaşan komandamız bu işi təmənnasız şəkildə yerinə yetirir. Komandamız məzmunlarımızın daha çox insanların izləməsini görüb daha da motivasiya olur. Bu işdə sizin də dəstəyinizə ehtiyacımız var. Bu postu paylaşmaqla, həmçinin hər baxıb bəyəndiyiniz videoları, məqalələri daha çox insana tövsiyyə etməklə, youtube kanalımıza, bloqumuza, facebook/linkedin/instagram səhifəmizə abunə olmaqla həm bizi motivə edə, həm də peşəkar inkişafınız üçün zəmin yarada bilərsiniz.