Office 365-in təqdim etdiyi dinamik array (Dynamic Arrays) funksiyalarından biri də SEQUENCE funksiyasıdır. Funksiya ardıcıl nömrələrin siyahısı yaratmaq üçündür. Funksiyanın sintaksisi aşağıdakı kimidir:
- rows – ardıcıllıq neçə sətirdən ibarət olsun
- columns – ardıcıllıq neçə sütundan ibarət olsun
- start – ardıcıllıq neçədən başlasın
- step – ardıcıllığın pillələri arasındakı fərq.
Nümunə:
=SEQUENCE(4,5,2,3) – 4 sətirdən (1,2,3,4) və 5 sütundan (A, B, C, D, E) ibarər ardıcıllıq yarat. Ardıcıllığın ilk həddi 2 olsun və ardıcıllıqlar arası artım 3 vahid olsun deməkdir.
Funksiyada 2,3 və 4-cü parametrləri yazmasaq da olar, əsas deyil. Ancaq birinci parametrə mütləq hansısa ədəd ötürməliyik.
Dərsin faylını yüklə: SEQUENCE
____________________________________________________________________________________________________________________________
Buradaykən, Sizdən kiçik bir xahişimiz var. Bildiyiniz kimi, biz – “INNAB” komandası olaraq ana dilində peşəkar inkişafı təmin etmək məqsədi ilə məzmun (kontent) yaratmaqla da məşğuluq. İşinə məsuliyyətlə və həvəslə yanaşan komandamız bu işi təmənnasız şəkildə yerinə yetirir. Komandamız məzmunlarımızın daha çox insanların izləməsini görüb daha da motivasiya olur. Bu işdə sizin də dəstəyinizə ehtiyacımız var. Bu postu paylaşmaqla, həmçinin hər baxıb bəyəndiyiniz videoları, məqalələri daha çox insana tövsiyyə etməklə, youtube kanalımıza, bloqumuza, facebook/linkedin/instagram səhifəmizə abunə olmaqla həm bizi motivə edə, həm də peşəkar inkişafınız üçün zəmin yarada bilərsiniz.