Office 365-in 14 iyun 2019-cu ildən ödənişli versiyasında təqdim etdiyi dinamik array (Dynamic Arrays) funksiyalarından biri də UNİQUE funksiyasıdır. Bildiyimiz kimi məlumat bazamızda hər hansı məlumatlar içərisindən yalnız unikal dəyərlərin çıxarılmasının bir neçə yolu var.
- “Remove Duplicates” əmri ilə
- “Advanced Filter” aləti ilə
- “Pivot table” ilə
- Fərqli-fərqli funksiya kombinasiyaları ilə.
Bu əməliyyatın rəngarəng edilmə üsulunun olmağına baxmayaraq, yuxarıda saydığımız 4 əməliyyatın hər biri ən azı 1 dəqiqə vaxtımızı alacaq əlimizdən. Microsoft Excel özünün yeni Office 365 versiyasında bu əməliyyatı çox qısa zaman intervalında həyata keçirən funksiya təqdim edir bizə. Gəlin funksiyaya daha geniş çərçivədən baxaq.
Funksiyanın sintaksisi aşağıdakı kimidir:
- Array – Unikal dəyərləri çıxaracağımız diapazon
- By_col – Bu parametrin 2 tipi var:
- TRUE (1) – unikal sütunları qaytarır
- FALSE (0) – unikal sətirləri qaytarır
- Exactly_once – Bu parametrin də 2 tipi var:
- TRUE – yalnız bir dəfə yazılan dəyərləri çıxarır diapazondan
- FALSE – təkrarlanan dəyərləri unikallaşdırır (susmaya görə bu seçim olur)
Nümunə #1. =UNIQUE(B2:B15) => B2:B15 diapazonunda olan dəyərləri unikallaşdırır.
Nümunə #2. =UNIQUE(A2:D15,1) è funksiyaya ötürdüyümüz diapazonda (A2:D15) təkrar sütunların qarşısını alır. A2:D15 diapazonunda 2 Maaş sütunu olmağına baxmayaraq funksiya onlardan birini çıxardı. Bununla yanaşı 2-ci və 3-cü sətirlərin təkrar olmağına baxmayaraq onları nəzərə almadı. Çünki biz 2 -ci parametrə yalnız unikal sütunları qaytar demişik.
Nümunə #3. =UNIQUE(A2:D15,0) => funksiyaya ötürdüyümüz diapazonda (A2:D15) təkrar sətirlərin qarşını alır. A2:D15 diapazonunda 2-ci və 3-cü sətirlərin təkrar olmağına baxmayaraq funksiya onlardan birini çıxardı. Bununla 2 Maaş sütununun olmağına baxmayaraq onları nəzərə almadı. Çünki biz 2 -ci parametrə yalnız unikal sətirləri qaytar demişik.
Nümunə #4. =UNIQUE(A2:A14,0,1) => ötürülən diapazonda yalnız bir dəfə yazılan dəyərləri çıxarır. Aşağıdakı şəkildə A2:A14 diapazonuna diqqət yetirək. Funksiyaya ötürdüyümüz diapazonda “Mütəxəssis”, “Mühasib” dəyərlərinin olmağına baxmayaraq nəticəmizdə həmin dəyərlər yoxdur amma. Çünki biz funksiyamızın 3-cü parametrinə TRUE (1) yəni, yalnız bir dəfə yazılan dəyərləri çıxar ötürmüşük. Funksiyanın nəticə olaraq çıxardığı dəyərlərdə (İqtisadçı, Daxili auditor, Aparıcı mütəxəssis, Sistem inzibatçısı, Layihə üzrə koordinator) ötürdüyümüz diapazonda yalnız bir dəfə yazılıb.
Nümunə #5. =UNIQUE(A2:A14,0,0) => ötürülən diapazondan bütün dəyərləri unikallaşdırır.
Dərsin faylını yüklə: UNİQUE
____________________________________________________________________________________________________________________________
Buradaykən, Sizdən kiçik bir xahişimiz var. Bildiyiniz kimi, biz – “INNAB” komandası olaraq ana dilində peşəkar inkişafı təmin etmək məqsədi ilə məzmun (kontent) yaratmaqla da məşğuluq. İşinə məsuliyyətlə və həvəslə yanaşan komandamız bu işi təmənnasız şəkildə yerinə yetirir. Komandamız məzmunlarımızın daha çox insanların izləməsini görüb daha da motivasiya olur. Bu işdə sizin də dəstəyinizə ehtiyacımız var. Bu postu paylaşmaqla, həmçinin hər baxıb bəyəndiyiniz videoları, məqalələri daha çox insana tövsiyyə etməklə, youtube kanalımıza, bloqumuza, facebook/linkedin/instagram səhifəmizə abunə olmaqla həm bizi motivə edə, həm də peşəkar inkişafınız üçün zəmin yarada bilərsiniz.