OFFSET funksiyası MS Excelin “Lookup & Reference functions (Axtarış & İstinad funksiyaları)” hissəsinə aid olan bir funksiyadır. Funksiya bir xana və ya xanalar diapazonunda təyin etdiyimiz sütun və sətir aralığındakı diapazonu qaytarır nəticə olaraq. Əldə etdiyimiz nəticə bir xana və ya xanalar diapazonuda ola bilər. Seçiləcək diapazonun sətir və sütun sayını özümüz təyin edirik. Funksiya bir növ sürüşdürmə rolunu oyanır. Seçilən istiqamət üzrə sürüşdürülür diapazon. Buna görədə funksiyanın türk dilində adı “Kaydır” adlanır.
Sintaksisi:
=OFFSET(reference,rows,cols,[height],[width])
=OFFSET(istinad,sətirlər,sütunlar,[uzunluq],[en])
Qəbul etdiyi parametrlər:
– Reference (İstinad) – sürüşdürmə etmək üçün təməl olaraq başlanğıc edəcəyimiz xanadır. Yəni növbəti əməliyyatlar bu xanadan başlayaraq olacaqdır.
– Rows (sətirlər) – istinad olunan xanadan neçə sətir aşağı və ya yuxarıdan başlayaraq seçməyimizi göstərir bu paramter. Bu paramtr iki cür daxil edilir. Aydın olması üçün ətraflı izaha baxaq.
Gördüyümüz kimi yuxarıdakı şəkildə Rows parametrinə 5 daxil edilmişdir. Bu o deməkdir ki, istinad edilən xanadan 5 sətir aşağıdakı xanaya düş. İstinad edilən xana A1 xanasıdır. A1 xanasında 5 sətir aşağıdakı xana A6. A6=46 olduğundan funksiyanın nəticəsidə 6 olmuşdur.
İndi isə 2-ci parametrin mənfi olduğu hallara baxaq. Yuxarıdakı şəkilə diqqət etsəz görərsiz ki, 2-ci parametrə -5 daxil edilmişdir. Yəni istinad edilən xanadan 5 sətir yuxarıda olan məlumatdan başla sürüşdürməyə. İstinad edilən xana D7 xanasıdır. D7 xanasından 5 sətir yuxarl olan xana D2 xanasıdır. D2=23 olduğundan funkiyanın nəticəsidə 23 olmuşdur. Deməli belə nəticəyə gəlirik ki, Rows parametrinə müsbət ədədlər daxil etməklə istinad edilən xanadan yuxarıya, mənfi ədədlər daxil etməklə istinad olunan xanadan aşağıya hərəkət etmək olur.
– Cols (sütunlar) – istinad olunan xanadan neçə sütun sağdan və ya soldan başlayaraq seçmə əməliyyatını həyata keçirməyimizi göstərir bu parametr. Digər parametr kimi buda 2 cür daxil edilir. Ətraflı izaha baxaq.
Yuaxrıdakı şəkildən də gördüyümüz kimi Cols (sütunlar) parametrinə 4 daxil edilmişdir. Bu o deməkdir ki, istinad olunan xanadan 4 sütun sağdakı xanadan başla əməliyyatı yerinə yetirməyə. İstinad olunan xana A1 xanasıdır. A1-dən 4 sütun sağa E1 xanasıdır. E1=60 olduğundan funksiyanın nəticəsidə 60 olmuşdur.
İndi isə 3-cü parametrin mənfi olduğu hala baxaq. Şəkildən də gördüyümüz kimi 3-cü parametrə -3 daxil edilmişdir. Yəni, istinad edilən xanadan 3 sütun sola olan xanadan başla əməliyyata. İstinad edilən xana E4 xanasıdır. E4-xanasından 3 sütunsola B4 xanasıdır. B4=25 olduğundan funksiyanın nəticəsidə 25 olmuşdur. Deməli nəticə olaraq deyə bilərik ki, funksiyanın Cols (sütunlar) parametrinə mübət ədədlər daxil etməklə istinad olunan xanada sağa, mənfi ədədlər daxil etməklə istinad olunan xanada sağa hərəkət mümkündür.
– Height (uzunluq) – bu parametr istinad edilən xanadan başlayaraq yuxarıya və ya aşağıya doğru seçilən cana və ya xanalar toplusudur. Bu parametrində daxil edilməsinin 2 tipi var.
OFFSET(A1,0,0,3) – bu funksiya deyir ki, istinad olunan xanadan 0 sətir və 0 sütun sayda hərəkət et, yəni olduğun yerdən 3 sətir aşağını diapazon kimi seç. Deməli bu diapazona {A1, A2, A3} aid olacaqdır. Nəticə özündə 3 xananı birdən saxladığına görə funksiyanın nəticəsi ya #VALUE! xətası olacaq, yada ilkin istinad olunan dəyər olacaq. Burada nəticə 29 olacaq, yəni ilkin istinad olunan xananın (A1) dəyəri. Lakin biz funksiyanın düzgünlüyünü yoxlamaq üçün, bu funksiyanı SUM funksiyası ilə əhatələyək. =SUM(OFFSET(A1,0,0,3))=40. Deməli A1+A2+A3=40 dır. Funksiyamız düzgün işləyir. Aşağıdakı görüntülü izahda yalnız bu parametrin müsbət olduğu hal göstərilmişdir. Mənfi olduqda isə bu parametr istinad olunan yerdən yuxarıya doğru seçir diapazonu. Yəni OFFSET(C4,0,0,-3) – C4 xanasıda daxil olmaqla 3 sətir yuxarı diapazonu seç. Buda olacaq C4,C3,C2 yəni – 16,57,18. (Görüntülü izaha tıkla)
– Width (en) – bu parametr istinad edilən xanadan başlayaraq sağa və ya sola doğru seçilən xana və ya xanalar toplusudur. Bu parametrində daxil edilməsinin 2 tipi var.
OFFSET(A1,0,0,1,4) – bu funksiya deyir ki, istinad olunan xanadan 0 sətir və 0 sütun qədər hərəkət et (yəni olduğun yerdən başla), 4-cü parametrdəki 1 – yəni sətir boyu seçim etmə olduğun yerdən başlayaraq, 4 sütun sağa seç diapazon olaraq. Funksiyanın nəticə #VALUE! xətası olacaq. Çünki nəticə özündə {A1,B1,C1,D1} xanalarını saxladığından, funksiya bunu nəticə olaraq qaytara bilmir. Əgər eyni qayda ilə, bunu SUM funksiyasının içərisinə salsaq həmin 4 xananın cəmini qayataracaq bizə funksiya. Aşağıdakl görüntülü izahda bu parametrin müsbət olduğu hal nəzərə alınmışdır. Mənfi olduqda isə seçim istinad olunan xanadan sola doğru seçimi edir. Məs: OFFSET(E2,0,0,1,-3) – E2 xanasından başlayaraq 3 sütun sola seç. yəni buraya daxildir {E2,D2,C2}. (Görüntülü izaha tıkla)
İndi isə qazandığıməz bütün bilikləri praktika üzərində tətbiq edək.
OFFSET(B8,4,2,-5,3) – funksiyasının işləmə prinsipinə baxaq.
B8 xanasından başlayaraq, 4 sətir aşağı gəl. Həmin hissə yuxarıdakı şəkildə xana rəngi yaşıl olan hissədir. Sonra deyir ki, 2 sütun sağa olduğun yerdən. sətir aşağı gəldik, olduq B12 xansında, 2 sütunda sağa getdik olduq D12 xanasında. Şəkildə xana rənfi qırmızı olan hissə. İndi isə olduğumuz yerdə daxil olmaqla 5 sətir yuxarı (mənfi olduğuna gör) diapazonu seç. Bu olacaq D12,D11,D10,D9,D8 xanaları. Sonda isə deyir ki, son gəldiyin yerdən 3 sütun sağa seç. Son gəldiyimiz yer D8 xanası idi. 3 sütun sağa seçəndə seçili diapazonumuz olacaq D58:F12. Şəkildə sərhədləri qara rəng olan hissə. Bu haıda funksiya #VALUE! xətasını verəcək. Doğruluğu yoxlamaq üçün funksiyanı riyazi hesablama (SUM,AVERAGE və s.) funksiyalarının içərisində yazaraq yoxlaya bilərsiz. Gördüyümüz kimi, OFFSET funksiyası ilə verilmiş cədvəlimizdə istədiyimiz istiqamətdə sürüşdürmələr apara bilərik.
QEYD:
1.Funksiyanın 3 və 4 cü parametrlərini yazmaq vacib deyil. Əgər o hissələr boş saxlanılsa Excel avtomatik olaraq həmin parametrləri 0 kimi qəbul edəcək.
2.Parametrləri əl ilə deyil, başqa xanalara istinad şəklindədə ötürə bilərik.
3.Rows və Cols parametrlərinə başqa işçi səhifədən istinad olunarsa funksiya #REF! xətasını verəcək.
4.Bəzən istifadəçilər arasında çaşqınlıq yaranır ki, OFFSET funksiyası xanaları sürüşdürür. Xeyr, belə deyildir. OFFSET yalnız istinad verir, xanaları daşımır.
5.OFFSET – sabit olmayan, yəni istiqamətdən asılı olaraq oynayan (volatile) funksiya olduğundan, çətin işlərdə işləmə sürətini zəiflədə bilər.
____________________________________________________________________________________________________________________________
Buradaykən, Sizdən kiçik bir xahişimiz var. Bildiyiniz kimi, biz – “INNAB” komandası olaraq ana dilində peşəkar inkişafı təmin etmək məqsədi ilə məzmun (kontent) yaratmaqla da məşğuluq. İşinə məsuliyyətlə və həvəslə yanaşan komandamız bu işi təmənnasız şəkildə yerinə yetirir. Komandamız məzmunlarımızın daha çox insanların izləməsini görüb daha da motivasiya olur. Bu işdə sizin də dəstəyinizə ehtiyacımız var. Bu postu paylaşmaqla, həmçinin hər baxıb bəyəndiyiniz videoları, məqalələri daha çox insana tövsiyyə etməklə, youtube kanalımıza, bloqumuza, facebook/linkedin/instagram səhifəmizə abunə olmaqla həm bizi motivə edə, həm də peşəkar inkişafınız üçün zəmin yarada bilərsiniz.