Əlaqəli yazılar

“Often” sözü ilə bağlı ifadələr

İngilis dilindəki “often” sözünün dilimizə “tez-tez” kimi tərcümə olunduğunu hamımız bilirik. Bəs onunla bağlı ifadələri necə?

✔️ all too often/ only too often

Bu ifadələr xoşagəlməz bir hadisənin tez-tez baş verdiyini bildirir.

🖊️This type of accident happens only too often. – Bu cür qəzalar tez-tez baş verir.

✔️ as often as not/ more often than not

Bu ifadələr usually (adətən) sözü ilə eyni mənanı ifadə edir.

🖊️More often than not the train is late. – Adətən qatar gecikir.

✔️ every so often – bəzən

Bu ifadə sometimes (bəzən) sözü ilə eyni mənanı ifadə edir.

🖊️I come and visit him every so often. – Mən bəzən gəlib ona baş çəkirəm.

Hazırladı: Madam Helpful

Əlaqəli yazılar