Fərqanə Qasımovanın məqaləsi

Exceldə bu menyu hərflərin yazılış növlərini, ölçülərini, rənglərini və cədvəl quruluşunu müəyyən etmək üçün istifadə olunur.

Panelə sağ aşağı küncdən daxil olarkən, açılan pəncərədə bir neçə hissənin mövcud olduğunu görərik.

Font ; Font style ; Size və s.

Font paneli→ Font  bölməsində – Hərflərin hansı növdə yazılmasını müəyyən etmək olar.

Font paneli→Font style bölməsində – Hərflərin yazılış stili müəyyən edilir.Adi;sağa meylli; adi qalınqalın sağa meylli.

OM3.1

Font paneli→Size bölməsi – Burada hərfin ölçüsü müəyyən edilir.

Font Underline bölməsi – Bu  bölmədə yazılanın altından xəttin çəkilməsi tənzimlənir.Yazı seçilir→əmr verilir →lazım olan xətt növü işarələnir→OK.

UnderlineSingle – Yazılanın  altından onun uzunluğu qədər və bir xətt çəkir.

UnderlineDouble – Yazılanın altından onun uzunluğu qədər,lakin iki xətt çəkir.

UnderlineDouble accounting – yazılanın altından xananın uzunluğu qədər,lakin,iki xətt çəkir.

OM3.2

FontEffects bölməsi: Bu bölmə 3 hissədən ibarətdir.

1)Striketthrough – Bu hissəni seçməklə lazım olan və ya olmayan yazılanın üzərindən xətt çəkmiş olarıq.

2)Superscript – Bu hissəni seçməklə lazım olan hissəni sanki,qüvvətə yüksəlmiş kimi göstərmək olar.Bu üsuldan daha çox riyazi terminlərin yazılmasında istifadə edilir. Məs: m2→m² ; m3→m³  və s.

3)Subscript – Bu hissəni seçməklə Superscript hissəsinin əksini icra etmək olar.Yəni lazım olan hər hansı bir məlumatı aşağı indeksdə yazmış olarıq.Bu əməliyyat daha çox kimyəvi terminlərin yazılmasında istifadə edilir.

Məs: H₂O  və s.

Yazı adi qaydada yazılır→indeksə salınacaq olanlar qeyd olunur→əmr seçilir→Subscript qeyd olunur və OK.

OM3.3

FontColor – Bildiyimiz kimi bu hissədə mətnin rəngi müəyyən edilir. Color hissəsindən sağda yerləşən xanada “Normal Font”  seçəriksə,mətni əvvəlki (Dəyişiklik edilməmiş) formasına qaytarmış olarıq.Əks halda edilmiş dəyişikliklər olduğu kimi qalacaq.

Paneldə digər xanalar da mövcuddur.Məs: B ; I ; U və s.                                                                                                           Qeyd etmək lazımdır ki,bu xanalardan istifadə etməklə,hərflərin hansı növdə yazılmasını müəyyən etmək və lazım olduğu kimi istifadə etmək olar.

B – Bold – (Ctrl + B) → Hərfin qalınlaşmasına işarə edir.

İİtalic – (Ctrl + İ) Yazılanın sağa doğru əyilməsinə işarə edir.

U – Underline – (Ctrl + U) → Yazılanın altından seçimdən asılı olaraq xətt çəkilməsinə işarə edir.

Növbəti xana Border xanasıdır.Bu xanada hazırladığımız cədvələ aid olan çərçivənin hansı növdə olmasını seçə bilərik.

Məs: Xanaya daxil olaraq , Bottom Border seçəriksə, bu zaman seçdiyimiz cədvəlin yalnız alt hissəsindən xətt çəkmiş olarıq.

Çərçivəyə alınacaq hissə seçilir→əmr seçilir →lazım olan cədvəl növü qeyd edilir.

Bu üsulla BottomTop and Double aralığında mövcud olan digər növlərdən də istifadə etmək olar.

Border xanasının Draw Borders hissəsində Draw Border-i seçməklə cədvəli manual olaraq (əl ilə),çəkə bilərik.

Draw Border Grid-i seçməklə xana və sütunların sayını özümüz müəyyən etmək şərti ilə hazır cədvəllər çəkə bilərik.

Erase Border-i seçməklə çərçivəyə aldığımız xanaları çərçivədən azad edə bilərik.

Line Color – seçməklə çərçivəyə rəng verə bilərik.

Line Style – seçməklə çərçivə xətlərinin növünü seçə bilərik.Border xanasında olan bütün bu sadalananları More Border hissəsinə daxil olmaqla da icra etmək olar.

OM3.4

Home menyusu→Alignment paneli.

Bu paneldə mətnin xana daxilində istiqaməti müəyyən edilir.Nəzərə alsaq ki,bir mətn xana daxilində fərqli istiqamətlərdə ola bilər , o zaman Alignment  panelində mövcud olan hissələrdən istifadə edərək,hər hansı bir mətni öz istəyimizə uyğun istiqamətdə yaza bilərik.

Mətnin istiqaməti ilə bağlı lazım olan hər bir dəyişikliyi Alignment panelinə aşağı sağ küncdən daxil olaraq, açılan pəncərədə hissələri seçməklə icra etmək olar.

OM3.5

Home menyusu→Alignment paneli→ Alignment→Text alignment bölməsi                                                                  Text alignment bölməsi →Horizontal hissəsi– Burada olan seçimlərdən istifadə edərək , xanadakı mətn sıralanmasını tənzimləyə bilərik.

General –Standart                                       Left – Sola doğru

Center – Mərkəz                                          Right – Sağa doğru

LeftRight istiqamətini seçərkən,həmin sözlərin qarşısında (indent) sözünün yazıldığını görərik.Bu o deməkdir ki , mətnin sıralanmasında bizə , kənar məsafələrə ölçü vermək şansı verilir.Biz mətnin sağdan və ya soldan hansı məsafədə yazılmasını İndent hissəsində lazım olan məsafəni yazmaqla icra edə bilərik.

OM3.6

Text alignment bölməsi → Horizontal hissəsi→ Fill seçimi– Yazılan hər hansı bir simvol və ya simvolları seçilmiş hissə boyunca ardıcıllıqla təkrarlamaq əmrini  icra edir.

Qeyd:Bu ardıcıllığı təkcə simvola deyil , hər hansı bir mətnə də aid etmək olar.

OM3.7

Text alignment bölməsi → Horizontal hissəsi→ Center Across Selection   seçimi – Yazılmış hər hansı bir ifadə və simvolu seçilmiş hissənin tam mərkəzində yerləşdirir.Bu seçimdən ən çox sənəd yazılmasında istifadə edilir.

Text alignment bölməsi → Horizontal hissəsi→ Distributed indent  seçimi – Mətni hər iki tərəfdən sağdansoldan eyni məsafədə boşluqlar saxlayaraq , qalan hissənin tam mərkəzinə yerləşdirir.

Qeyd: Kənar boşluqların məsafəsini İndent hissəsindən özümüz tənzimləyə bilərik və xana kiçildikcə sərhədlər arasında qalan məsafənin də kiçilməsini nəzərə almalıyıq.

Text alignment bölməsi → Vertical hissəsi – Burada olan seçimlərdən istifadə edərək , xanadakı mətn sıralanmasının istiqamətini tənzimləyə bilərik.

Top – Mətni xananın yuxarı hissəsindən  yazmaq

Center – Mətni xananın mərkəz hissəsindən  yazmaq

Bottom –  Mətni xananın aşağı hissəsindən  yazmaq  üçün istifadə edilir.

Distributed  – Mətnin xanaya yerləşəcək hissəsini yazır.Qalan hissəni isə avtomatik olaraq , xanadaxili alt cərgələrə yerləşdirir.

Alignment paneli→Alignment →Text Control  bölməsi

Text Control →Wrap text – Demək olar ki , Distributed əmrinin icra etdiyini icra edir.

Text Control →Shrink to fitWrap text dən fərqli olaraq , mətni xananın hündürlüyünü artıraraq deyil , hərflərin ölçüsünü kiçildərək mövcud olduğu xanaya yerləşdirir.Bu zaman xana kiçildikcə hərflərin ölçüsü də öz növbəsinə kiçiləcək və həmçinin əksinə , xana böyüdüldükcə hərflərin ölçüsü də böyüyəcək.

Text Control →Merge Cells – Bir neçə seçilmiş xanaları birləşdirərək,ümumi bir xana yaradır.

Ekrana nəzər yetirsək , Alignment  panelində Merge & Center  hissəsini görərik və bura daxil olmaqla bir neçə növlə tanış ola bilərik.

Məs:

Merge & Center – Sətr boyunca seçilmiş xanaları birləşdirir və mətni sətrin mərkəzində yerləşdirir.

Merge across – Sütunlar boyunca seçilmiş  xanaları ayrı-ayrı sətrlər olaraq  birləşdirir və mətni sətrin solunda yerləşdirir.

Merge cells – Sətr və sütun boyunca seçilmiş xanaları birləşdirir , lakin , mətni mərkəzdə yerləşdirmir.

Unmerge cells – Birləşdirilmiş xanaları həmin birləşmədən azad edir.

OM3.8

Qeyd: Sətir və sütun boyunca seçilmiş xanalar birləşdirilərkən , əgər hər xanada ayrı-ayrı məlumatlar yazılıbsa , bu zaman yalnız ən solda və ən yuxarıda olan məlumat qalacaq , digərləri isə silinəcək.

Alignment→ Text direction bölməsi – Mətnin  yazılış istiqamətini dəyişmək üçün istifadə olunur.Normalda mətn Left to right  seçilərək , soldan sağa doğru yazılırsa , Right to left  seçməklə mətn yazılışında sözlər arasında məsafə qoyarkən , konteksdən asılı olaraq , kursor birinci sözün əvvəlinə  keçir.Bu əməliyyatı icra etməklə daha yaxşı anlamaq olar.

Alignment→Orientation bölməsi – Mətni fərqli bucaq altında yazmaq üçün istifadə olunur.Bunun üçün, mətn yazılmış xana seçilirOrientation bölməsində istənilən bucaq təyin edilir.

Və ya , biz bucağın dərəcəsini orientation  alt hissəsində yerləşən Degress hissəsində manual olaraq da yaza bilərik.

OM3.9

Diqqətinizə görə təşəkkürlər.


Buradaykən, Sizdən kiçik bir xahişimiz var. Bildiyiniz kimi, biz – “INNAB” komandası olaraq ana dilində peşəkar inkişafı təmin etmək məqsədi ilə məzmun (kontent) yaratmaqla da məşğuluq. İşinə məsuliyyətlə və həvəslə yanaşan komandamız bu işi təmənnasız şəkildə yerinə yetirir. Komandamız məzmunlarımızın daha çox insanların izləməsini görüb daha da motivasiya olur. Bu işdə sizin də dəstəyinizə ehtiyacımız var. Bu postu paylaşmaqla, həmçinin hər baxıb bəyəndiyiniz videoları, məqalələri daha çox insana tövsiyyə etməklə, youtube kanalımıza, bloqumuza, facebook/linkedin/instagram səhifəmizə abunə olmaqla həm bizi motivə edə, həm də peşəkar inkişafınız üçün zəmin yarada bilərsiniz.

One Response

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir