Sosioloqlar, iqtisadçılar və başqaları qadınların nəyə görə müəyyən işləri əldə edə bilmədiklərini və müəyyən pillədən sonra irəliyə gedə bilmədiklərini araşdırırlar.
Paula prinsipinə bundan əvvəlki məqalədə bəhs etdiyimiz Piter prinsipinin güzgü əksi də deyə bilərik. Tom Şuller tərəfindən irəli sürülən bu prinsipə görə, qadınlar öz səriştələrindən daha aşağı səviyyəli vəzifələrdə çalışırlar. O, bunun 5 səbəbini göstərir:
• qadınlara qarşı ayrı-seçkiliyin hələ də mövcud olması;
• kişilərin irəli çəkilmək üçün istifadə etdiyi əlaqə şəbəkəsinin qadınlarda olmaması;
• qadınların öz zəif cəhətlərini daha tez qəbul etməsi;
• qadınların ailə qayğısı ilə daha cox “yüklənməsi”;
• qadınların mümkün olduğu qədər yüksəlməyi seçməməsi.
Gənc qadınların karyerasının ilk mərhələlərində Paula prinsipi o qədər də nəzərə çarpmır. Onlar üçün əksər imkanlar əlçatandır, kişilərlə aralarındakı əməkhaqqı fərqi minimaldır. Amma yaş artdıqca məlum olur ki, qadınların karyera yolu düzxətlidir, əməkhaqqı isə daha azdır