“Peşəkar Excel” bölməsinin on birinci videodərsi LOOKUP&REFERENCE (axtarış və istinad) funksiyalarından olan MATCH haqqındadır. Bu funksiyanın köməyi ilə hər hansı bir dəyərin onun olduğu diapazonda hansı sırada yerləşdiyini tapmaq mümkündür. Ayrılıqda çox nadir hallarda istifadə edilən bu funksiyanın digər funksiyalar ilə kombinasiyası ilə əvəzolunmaz işlər görmək mümkündür. Videodərsliyi izləməklə siz bu funksiyanın işləmə prinsipini, ondan praktiki istifadə etməyi və bəzi Excel hiylələrini öyrənmiş olacaqsınız.
https://www.youtube.com/watch?v=1YBZV2Igjqo&t=s
Dərsin faylını yüklə: MATCH
21-ci əsrdə Microsoft Excel proqramı biznes mühiti və karyeramız üçün bilməli olduğumuz ən əsas proqramlardandır. Məhz Exceldə bir neçə funksiyaları bilməklə biz iş həyatımızda olan bir neçə mürəkkəb prosesləri birləşdirib, sistem halına salaraq həm vaxt itkisinin qarşısı ala, həmdə peşəkarlıq səviyyəmizi qaldıra bilərik. İNNAB komandası olaraq bütün funksiyaları analiz edərək iş həyatımız üçün (hansı peşədə işləməyimizdən asılı olmayaraq) vacib olan 25 funksiyanı seçib, həmin funksiyalar haqqında tam ətraflı videodərslər çəkmək qərarına gəldik. Hansı ki, videodərslərdə funksiyaların işləmə prinsipi tam praktiki həllər üzərindən izah olunacaq. Bu videodərslərdən daha çox faydalananlar iş həyatına yeni atılanlar və işləyibdə Excel biliyi zəif olanlar olacaq. İş müsahibələrində Excel suallarını 100% nəticə ilə cavablandırmaq istəyirsizsə buyurun izləyin videodərslərimizi. Ümumilikdə problem və ya çətinlikləriniz haqqında sosial şəbəkələrdən bizə yazmağınız kifayətdir ki, komandamız sizə kömək göstərəcək.
Hər birinizə peşəkar həyatınızda uğurlar!