Əlaqəli yazılar

Peşəkar Excel №16 – AVERAGE, AVERAGEİF, AVERAGEİFS

“Peşəkar Excel” bölməsinin on altıncı videodərsi Statistical(statistik) funksiyakarından olan AVERAGE, AVERAGEİF, AVERAGEİFS funksiyaları haqqındadır. Bu funksiyaların köməkliyi ilə daxil edilmiş ədədlərin ədədi ortası tapılır (Ədədi orta – ədədlərin cəminin onların sayına nisbətidir). AVERAGEİF, AVERAGEİFS funksiyaların köməkliyilə isə həmin əməliyyata şərt və ya şərtlər tətbiq edilir. Videodərsliyi izləməklə siz bu funksiyaların işləmə prinsipini, onlardan praktiki istifadə etməyi və bəzi Excel hiylələrini öyrənmiş olacaqsınız.

 

https://www.youtube.com/watch?v=Ys-Mp3sUcm8

 

Dərsin faylını yüklə: AVERAGE,AVERAGEİF, AVERAGEİFS

 

21-ci əsrdə Microsoft Excel proqramı biznes mühiti və karyeramız üçün bilməli olduğumuz ən əsas proqramlardandır. Məhz Exceldə bir neçə funksiyaları bilməklə biz iş həyatımızda olan bir neçə mürəkkəb prosesləri birləşdirib, sistem halına salaraq həm vaxt itkisinin qarşısı ala, həmdə peşəkarlıq səviyyəmizi qaldıra bilərik. İNNAB komandası olaraq bütün funksiyaları analiz edərək iş həyatımız üçün (hansı peşədə işləməyimizdən asılı olmayaraq) vacib olan 25 funksiyanı seçib, həmin funksiyalar haqqında tam ətraflı videodərslər çəkmək qərarına gəldik. Hansı ki, videodərslərdə funksiyaların işləmə prinsipi tam praktiki həllər üzərindən izah olunacaq. Bu videodərslərdən daha çox faydalananlar iş həyatına yeni atılanlar və işləyibdə Excel biliyi zəif olanlar olacaq. İş müsahibələrində Excel suallarını 100% nəticə ilə cavablandırmaq istəyirsizsə buyurun izləyin videodərslərimizi. Ümumilikdə problem və ya çətinlikləriniz haqqında sosial şəbəkələrdən bizə yazmağınız kifayətdir ki, komandamız sizə kömək göstərəcək.

Hər birinizə peşəkar həyatınızda uğurlar!