Əlaqəli yazılar

Peşəkar Excel №18 – AND, OR

“Peşəkar Excel” bölməsinin on səkkizinci videosərsi LOGİCAL(məntiqi) funksiyakarından olan AND(və), OR(və ya) funksiyaları haqqındadır. Bu funksiyalardan eyni anda bir neçə şərti(maksimum 255) yoxlamaq üçün istifadə edilir. AND funksiyasına daxil edilən bütün şərtlər düzgün olduqda funksiya TRUE, heç olmasa biri yalnış olduqda isə FALSE dəyərini qaytarır. OR funskiyası isə daxil edilən şərtlərdən heç olmasa biri düzgün olduqda TRUE, bütün şərtlər yalnış olduqda isə FALSE dəyərini qaytarır. Videodərsliyi izləməklə siz ayrılıqda çox nadir hallarda istifadə edilən bu funksiyaların işləmə prinsipini, onlardan praktiki istifadə etməyi və bəzi Excel hiylələrini öyrənmiş olacaqsınız.

 

https://www.youtube.com/watch?v=c9r4NzPy9-s&t=s

 

Dərsin faylını yüklə: AND,OR

 

21-ci əsrdə Microsoft Excel proqramı biznes mühiti və karyeramız üçün bilməli olduğumuz ən əsas proqramlardandır. Məhz Exceldə bir neçə funksiyaları bilməklə biz iş həyatımızda olan bir neçə mürəkkəb prosesləri birləşdirib, sistem halına salaraq həm vaxt itkisinin qarşısı ala, həmdə peşəkarlıq səviyyəmizi qaldıra bilərik. İNNAB komandası olaraq bütün funksiyaları analiz edərək iş həyatımız üçün (hansı peşədə işləməyimizdən asılı olmayaraq) vacib olan 25 funksiyanı seçib, həmin funksiyalar haqqında tam ətraflı videodərslər çəkmək qərarına gəldik. Hansı ki, videodərslərdə funksiyaların işləmə prinsipi tam praktiki həllər üzərindən izah olunacaq. Bu videodərslərdən daha çox faydalananlar iş həyatına yeni atılanlar və işləyibdə Excel biliyi zəif olanlar olacaq. İş müsahibələrində Excel suallarını 100% nəticə ilə cavablandırmaq istəyirsizsə buyurun izləyin videodərslərimizi. Ümumilikdə problem və ya çətinlikləriniz haqqında sosial şəbəkələrdən bizə yazmağınız kifayətdir ki, komandamız sizə kömək göstərəcək.

Hər birinizə peşəkar həyatınızda uğurlar!