Əlaqəli yazılar

Peşəkar Excel №25 – COLUMN, ROW, COLUMNS, ROWS

“Peşəkar Excel” bölməsinin iyirmi beşinci videodərsi LOOKUP&REFERENCE (axtarış və istinad) funksiyalarından olan COLUMN, ROW, COLUMNS, ROWS haqqındadır. COLUMN və ROW funksiyaları onlara daxil edilən xananın(daxil edilmədikdə isə funksiyanın yazıldığı xananın) uyğun olaraq sütununun və sətrinin nömrəsini, COLUMNS və ROWS funksiyaları isə onlara daxil edilən diapazonun uyğun olaraq neçə sütun və ya sətirdən ibarət olduğunu tapmaq üçün nəzərdə tutulub. Videodərsliyi izləməklə siz bu funksiyaların işləmə prinsipini, onlardan praktiki istifadə etməyi və bəzi Excel hiylələrini öyrənmiş olacaqsınız.

 

https://www.youtube.com/watch?v=4Rjgs0r54Ts

 

Dərsin faylını yüklə: COLUMN,ROW,COLUMNS,ROWS

21-ci əsrdə Microsoft Excel proqramı biznes mühiti və karyeramız üçün bilməli olduğumuz ən əsas proqramlardandır. Məhz Exceldə bir neçə funksiyaları bilməklə biz iş həyatımızda olan bir neçə mürəkkəb prosesləri birləşdirib, sistem halına salaraq həm vaxt itkisinin qarşısı ala, həmdə peşəkarlıq səviyyəmizi qaldıra bilərik. İNNAB komandası olaraq bütün funksiyaları analiz edərək iş həyatımız üçün (hansı peşədə işləməyimizdən asılı olmayaraq) vacib olan 25 funksiyanı seçib, həmin funksiyalar haqqında tam ətraflı videodərslər çəkmək qərarına gəldik. Hansı ki, videodərslərdə funksiyaların işləmə prinsipi tam praktiki həllər üzərindən izah olunacaq. Bu videodərslərdən daha çox faydalananlar iş həyatına yeni atılanlar və işləyibdə Excel biliyi zəif olanlar olacaq. İş müsahibələrində Excel suallarını 100% nəticə ilə cavablandırmaq istəyirsizsə buyurun izləyin videodərslərimizi. Ümumilikdə problem və ya çətinlikləriniz haqqında sosial şəbəkələrdən bizə yazmağınız kifayətdir ki, komandamız sizə kömək göstərəcək.

 

Hər birinizə peşəkar həyatınızda uğurlar!