Əlaqəli yazılar

Peşəkar Excel №4 – SUMPRODUCT

“Peşəkar Excel” bölməsinin dördüncü videodərsi Math&Trig(riyazi və triqonometrik) funksiyakarından olan SUMPRODUCT haqqındadır. Adından da göründüyü kimi bu funksiya toplama və vurma əməliyyatlarını yerinə yetirir. Lakin funksiyanın təyinatı bununla kifayətlənmir. Sumproduct massiv funksiyası olduğuna görə massiv əlavə edildikdə artıq CRTL+SHİFT+ENTER kombinasiyasını deyil sadəcə ENTER düyməsini klikləməyimiz kifayətdir. Funksiyanın bu özəlliyi Exceldə işləyərkən bizə çox yardımçı olur. Videodərsliyi izləməklə siz bu funksiyanın işləmə prinsipini, ondan praktiki istifadə etməyi öyrənəcək və bir neçə excel hiyləsi ilə tanış olacaqsınız.

 

https://www.youtube.com/watch?v=N4VhgmJIkdM&t=s

 

 

Dərsin faylını yüklə: SUMPRODUCT

21-ci əsrdə Microsoft Excel proqramı biznes mühiti və karyeramız üçün bilməli olduğumuz ən əsas proqramlardandır. Məhz Exceldə bir neçə funksiyaları bilməklə biz iş həyatımızda olan bir neçə mürəkkəb prosesləri birləşdirib, sistem halına salaraq həm vaxt itkisinin qarşısı ala, həmdə peşəkarlıq səviyyəmizi qaldıra bilərik. İNNAB komandası olaraq bütün funksiyaları analiz edərək iş həyatımız üçün (hansı peşədə işləməyimizdən asılı olmayaraq) vacib olan 25 funksiyanı seçib, həmin funksiyalar haqqında tam ətraflı videodərslər çəkmək qərarına gəldik. Hansı ki, videodərslərdə funksiyaların işləmə prinsipi tam praktiki həllər üzərindən izah olunacaq. Bu videodərslərdən daha çox faydalananlar iş həyatına yeni atılanlar və işləyibdə Excel biliyi zəif olanlar olacaq. İş müsahibələrində Excel suallarını 100% nəticə ilə cavablandırmaq istəyirsizsə buyurun izləyin videodərslərimizi. Ümumilikdə problem və ya çətinlikləriniz haqqında sosial şəbəkələrdən bizə yazmağınız kifayətdir ki, komandamız sizə kömək göstərəcək.

 

Hər birinizə peşəkar həyatınızda uğurlar!