Təlim haqqında:  MS Office proqramlarını bilmək müasir biznes mühitinin tələblərindən biridir. Biznes mühitində hər gün qarşılaşdığımız təlimlər, seminarlar və mühazirələrin effektivliyi həm də təqdimatların keyfiyyətindən asılıdır. Bunu nəzər alaraq INNAB Sizə Power Point proqramının peşəkar tədrisini təklif edir. Siz həm metodiki, həm də praktiki biliklər cəhətdən təcrübəli mütəxəssislərdən dərs alacaq, öyrənilən mövzuları praktiki şəkildə tətbiq edərək biliklərinizi möhkəmləndirmək imkanı əldə edəcəksiniz.

Tədris müddətində Power Pointin bütün menyuları praktiki nümunələr üzərində izah ediləcəkdir. Biz hər kəsə fərdi yanaşma nəticəsində mövzuları dərindən mənimsəyəcəyinizə və qazanılmış bilikləri praktiki şəkildə tətbiq edə biləcəyinizə zəmanət veririk.

Sertifikat: Tədrisin sonunda imtahan nəticələrinə əsaslanaraq iştirakçılara 3 istiqamətdə (dinləyici, müvəffəqiyyət, fərqlənmə) sertifikat təqdim olunacaq.

Təlimin planı: Bu linkdən tanış ola bilərsiniz.

Təlimin dili: Azərbaycan

Təlimin müddəti: Dərslər 1 ay (16 saat) çərçivəsində həftədə 2  dəfə keçirilir. Hər dərsin müddəti 2 saatdır.

Təlimin qiyməti:

Təlim saatları Dərs formatı Qiymət
19:00-21:00 Online (Fərdi şəkildə) 280 AZN
19:00-21:00 Ənənəvi (fərdi şəkildə) 320 AZN

Təlimin təlimçisi:

Ləman Məmmədova – 2016-cı ildə Azərbaycan Memarlıq və İnşaat Universitetinin bakalavr dərəcəsini bitirib. 2018-ci ildə isə Azərbaycan Milli Elmlər Akademiyasının İdarəetmə Sistemləri İnstitutunun magistr dərəcəsini bitirmişdir. Hal-hazırda isə Kiber LTD şirkətində proqramist vəzifəsində çalışır və eyni zamanda İNNAB komandasının üzvüdür.

Tural Daşdəmirov – 2009-cu ildə Azərbaycan Dövlət Neft Akademiyasını “Kompüter Riyaziyyatı” ixtisası üzrə bitirmiş və “Proqramçı, Kompüter mühəndisi” statusu almışdır. Tələbəlik illərində əlavə olaraq müxtəlif kompüter kurslarında müəllim kimi çalışmışdır. 2012-ci ildən etibarən dünyanın aparıcı neft şirkətlərindən biri olan BP şirkətilə işləyən podratçı şirkətlərdə müxtəlif vəzifələrdə fəaliyyət göstərmişdir. İnformasiya Texnologiyaları və Elektronika haqqında kifayət qədər məlumatlara sahibdir. Rəsmi Microsoft Office Excel Expert sertifikatına sahibdir.  Hal-hazırda isə INNAB komandasının bir üzvü kimi fəaliyyət göstərməkdədir.

 

QEYDİYYAT ÜÇÜN ƏLAQƏ VASİTƏLƏRİMİZ

Kursda iştirak etmək üçün Qeydiyyat Formunu doldurun

Tel: 050 290 61 21

E-poçt: [email protected]

____________________________________________________________________________________________________________________________

Buradaykən, Sizdən kiçik bir xahişimiz var. Bildiyiniz kimi, biz – “INNAB” komandası olaraq ana dilində peşəkar inkişafı təmin etmək məqsədi ilə məzmun (kontent) yaratmaqla da məşğuluq. İşinə məsuliyyətlə və həvəslə yanaşan komandamız bu işi təmənnasız şəkildə yerinə yetirir. Komandamız məzmunlarımızın daha çox insanların izləməsini görüb daha da motivasiya olur. Bu işdə sizin də dəstəyinizə ehtiyacımız var. Bu postu paylaşmaqla, həmçinin hər baxıb bəyəndiyiniz videoları, məqalələri daha çox insana tövsiyyə etməklə, youtube kanalımıza, bloqumuza, facebook/linkedin/instagram səhifəmizə abunə olmaqla həm bizi motivə edə, həm də peşəkar inkişafınız üçün zəmin yarada bilərsiniz.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir