Əlaqəli yazılar

PP2: PowerPivota böyük həcmli məlumatın yüklənməsi

Access faylda olan böyük həcmli məlumatı PowerPivota gətirmək üçün Excel faylda mövcud olan PowerPivot bölməsinə keçirik,

1_

açılmış yeni pəncərədə “Manage” bölməsini aktivləşdiririk.

2

Nəticədə yeni açılmış pəncərədə “from database” bölməsindən “From Access” yarımbölməsini seçirik.

3

Növbəti addım yeni açılmış pəncərənin “Databasa name” hissəsində “Browse” düyməsini basmaqla bizə lazım olan Access database faylının secilərək “Next” düyməsinin sıxılmasıdır.

4

Bizə lazım olan faylda məlumatlar mürəkkəb filterlərdən istifadə etmədən PowerPivota gəlməyini istəyiriksə yeni açılmış pəncərədə “Select from a list of tables and views to choose the data to import” hissəsi seçilməlidir.

5

“Write a query that will specify the data to import” seçimi isə bizim PowerPivota yükləmək istədiyimiz fayldan gələn məlumatı SQL script vasitəsilə lazımı filterlər etmək olar. “Select from a list of tables and views to choose the data to import” hissəni seçib “Next” düyməsini basdıqdan sonra yeni pəncərədə istədiyimiz faylın adını görəcəyik.

6

Əgər bu faylda konkret olaraq hər hansı sütunun gəlməyini istəyiriksə, “Preview and filter” düyməsindən istifadə edərək, lazımı sütunları seçməklə “OK” düyməsini basmaq lazımdı.

7

Qeyd edilənləri etdikdən sonra bizə lazım olan məlumatların PowerPivota yüklənməsi əməliyyatı yekunlaşdırmaq üçün “Finish” düyməsini basmaq lazımdı.

8

Nəticədə Access faylda mövcud olan bütün database avtomatik olaraq PowerPivota yüklənir.


Buradaykən, Sizdən kiçik bir xahişimiz var. Bildiyiniz kimi, biz – “INNAB” komandası olaraq ana dilində peşəkar inkişafı təmin etmək məqsədi ilə məzmun (kontent) yaratmaqla da məşğuluq. İşinə məsuliyyətlə və həvəslə yanaşan komandamız bu işi təmənnasız şəkildə yerinə yetirir. Komandamız məzmunlarımızın daha çox insanların izləməsini görüb daha da motivasiya olur. Bu işdə sizin də dəstəyinizə ehtiyacımız var. Bu postu paylaşmaqla, həmçinin hər baxıb bəyəndiyiniz videoları, məqalələri daha çox insana tövsiyyə etməklə, youtube kanalımıza, bloqumuza, facebook/linkedin/instagram səhifəmizə abunə olmaqla həm bizi motivə edə, həm də peşəkar inkişafınız üçün zəmin yarada bilərsiniz.