1. Seçici qavrayış – Arzu və gözləntilərin dünyanı necə qavramamıza təsir etməsidir. Məsələn, eyni səhvləri sevdiyimiz bir insanda çox vaxt görməsək də, bəyənmədiyimiz bir adamda görəndə həmin an diqqətimizi çəkir.
2. Ümumiləşdirmə effekti – İnsanlar ilk baxışdan xırda, əhəmiyyətsiz informasiyanı öz maraqlarına xidmət edəcək şəkildə ümumiləşdirib nəticə çıxartmağı xoşlayır. Məsələn, “Bir tanışımın 80 yaşı var, gündə 3 qutu siqaret çəkir” yanaşması ilə siqaretin zərərli olmadığı qənaətinə gəlirlər.
3. Sistemlilik illüziyası – Təsadüfi hadisələrdə müəyyən bir sistem, qanunauyğunluq görməkdir. Məsələn, 2 dəfə eyni qələmlə imtahana girdikdə ikisi də uğurlu olarsa, burada qələmin uğurlu olmasına inanırlar.
4. Barnum effekti – Bir insanın ona aidmiş kimi söylənən, amma, əslində, hamı üçün ümumiləşdirilmiş olan fikirlərin doğruluğuna inanmasıdır. Adətən, astrologiya, falçılıq və s. kimi sahələrdə istifadə edilir.
Bəs siz bu effektlərdən hansını yaşamısınız?
Hazırladı: Aytən Cavadova