Əlaqəli yazılar

Qağayı idarəetmə

Qağayı idarəetmə” ifadəsi 1985-ci ildə Ken Blançardın yazdığı “Liderlik və bir dəqiqəlik rəhbər” kitabı vasitəsilə məşhurlaşıb. Müəllif yazır: “Qağayı rəhbərlər uçub gəlir, səs-küy salır, ətrafı çirkləndirir və uçub gedirlər”.

Adətən qağayı rəhbərlər işin mahiyyətini anlamadan işçiləri tənqid edir, onlara istiqamətlər verir. Lakin işçilərin etiraz etmək və ya sual vermək imkanı olmadan qağayı rəhbərlərin “vacib görüşü” çıxır və dərhal “uçub gedirlər”. Onlar “uçub gələndə” dayanmadan danışır və başqalarının fikir bildirməyinə imkan vermirlər. Qağayı rəhbərlər özlərini vacib şəxs hesab edirlər. Lakin onlar işin mahiyyətini bilmədiklərini anlayırlar və buna görə də suallara, müzakirələrə açıq deyillər. Xoş xəbər ondan ibarətdir ki, onlar tez-tez “uçub gəlmirlər” və işçilər əksər hallarda işi özləri idarə edirlər. Mikromenecerlərdən fərqli olaraq qağayı rəhbərlər işçiləri idarə etməkdə maraqlı deyillər. Onlar yalnız işlər yolunda getməyəndə meydana çıxırlar, amma vəziyyəti yaxşılaşdırmaq əvəzinə daha da pisləşdirirlər.

📌 Qağayı rəhbər yalnız vəziyyət pisləşəndə “uçub gələrək” göstərişlər verdiyi halda, əsl rəhbər əvvəldən aydın hədəflər müəyyənləşdirərək işçiləri düzgün istiqamətləndirir.

📌 Qağayı rəhbər “uçub gələndə” səs-küy saldığı halda, əsl rəhbər mütəmadi olaraq işçilərlə ünsiyyət saxlayır.

📌 Qağayı rəhbər “uçub gələndə” işçilərin fəaliyyətini tənqid etdiyi halda, əsl rəhbər işçilərin fəaliyyəti barədə mütəmadi olaraq konstruktiv rəy bildirir.

Əlaqəli yazılar