1. 

Müəssisə 25 000 manat nağd pula avadanlıq almışdır. Bu halda müəssisənin balans hesabatında aşağıdakı hallardan hansı əks olunacaqdır?

2. 

Müəssisənin idarə heyəti üzvlərinin seçilməsi, kompensasiyalar, səhmlərin emissiyası və bunun kimi vacib məsələlər hansı əlavə maliyyə hesabatında əks olunur?

3. 

Tikinti şirkəti 3 ilə müqavilə qiyməti 200 000 manat olan villa tikmişdir. Bu villanın tikintisinə 150 000 manat xərc çəkilmişdir. Bu şirkət 50 000 manatlıq mənfəəti layihə bitmədən mənfəət və zərər haqqında hesabatında tanıtmamışdır. Müəssisə gəlirlərin tanınmasında hansı metoddan istifadə etmişdir?

4. 

Keçmiş hadisələrin nəticəsi kimi müəssisə tərəfindən idarə olunan və müəssisəyə gələcəkdə iqtisadi səmərə gətirə biləcəyi gözlənilən resurs?

5. 

Bənd 1: müəlliflik hüquqları və patent maddi aktivlər kateqoriyasina daxildir

Bənd 2: müəlliflik hüquqları və patent düz xətt metodu ilə 30 ilə amortizasiya edilir

Hansı bənd doğrudur?

6. 

Müəssisənin hazır məhsulları üzrə aşağıdakı məlumatlar verilmişdir:

2

FIFO üsulu ilə hesablama aparsaq, dövrün sonuna məhsulun dəyəri nə qədərdir?

7. 

A müəssisəsi B müəssisəsinə 50 ədəd işçi kürsüsi satır və müqaviləyə görə satış məbləği gələn il ödəniləcəkdir. Bu zaman A müəssisəsinin balans hesabatında hansı əməliyyat baş verəcək?

8. 

IFRS (Beynəlxalq Maliyyə Hesabatları Standartı) hansı maliyyə qurumu tərəfindən təyin edilmişdir?

9. 

Müəssisənin mənfəət və zərər hesabatına dair məlumatları aşağıdakı kimidir:

3

Müəssisənin ümumi mənfəəti nə qədərdir (gross profit)?

10. 

Müəssisənin balansında olan aktivin qiyməti 21 000 man, qalıq dəyəri 2 500 man, istifadə meddəti isə 7 ildir. Düz xətt metoduna əsasən illik amortizasiya xərci nə qədərdir?


Sualları cavablandırdıqdan yekun nəticəni təsdiqləməyi unutmayın.



Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir