Əlaqəli yazılar

Respect, respective, respectively

1️⃣ “Respect” dilimizə “hörmət” (isim), “to respect” isə “hörmət etmək” (feil) kimi tərcümə olunur. İsim kimi istifadə olunduqda “respect” sözündən sonra “for” sözönü istifadə olunur, feil kimi istifadə olunduqda isə sözönüyə ehtiyac yoxdur.

🖋️My respect for my teacher grew as the months passed. – Aylar ötdükcə mənim müəllimimə hörmətim artdı.

🖋️He’s a very strict teacher, but the students respect him. – O, çox ciddi müəllimdir, amma tələbələr ona hörmət edirlər.

2️⃣ “Respective” dilimizə “müvafiq” (qeyd olunan şəxs və əşyaların hər birinə münasibətdə) kimi tərcümə olunur.

🖋️ If their respective rates are five and ten percent, then the discount rate is 15 percent. – Əgər onların müvafiq faizləri 5 və 10%-dirsə, onda endirim 15%-dir.

3️⃣ “Respectively” dilimizə “müvafiq olaraq” (qeyd olunan şəxs və əşyalara münasibətdə ardıcıllıqla) kimi tərcümə olunur.

🖋️The cups and saucers cost £5 and £3 respectively. – Fincan və nəlbəkilər müvafiq olaraq 5 və 3 funtsterlinqdir.

🖋️ In the 200 metres, Lizzy and Sarah came first and third respectively. – 200 metrdə Lizzy və Sarah müvafiq olaraq birinci və üçüncü yeri tutdular.

Hazırladı: Madam Helpful

Əlaqəli yazılar