Ədalətli rəqabətin şərti olan bərabər və şəffaf fiskal mühitin təmin olunması istiqamətində vergi qanunvericiliyinə edilmiş dəyişikliklərlə 1 yanvar 2020-ci il tarixdən Vergi Məcəlləsinə əmtəəsiz əməliyyat və riskli vergi ödəyicisi anlayışları daxil edilib.

Riskli vergi ödəyicisi- Nazirlər Kabinetinin təsdiq etdiyi meyarlara cavab verən, o cümlədən əmtəəsiz və (və ya) riskli əməliyyatlar aparan şəxsdir. Vergi ödəyicisinin riskli vergi ödəyicisi olması, habelə riskli vergi ödəyiciləri siyahısından çıxarılması barədə qərar İqtisadiyyat Nazirliyi tərəfindən qəbul

  1. Əmtəəsiz əməliyyatlar aparılması nədir – Yoxlama zamanı və ya yoxlamaya qədər olan dövr ərzində aparılan riskli əməliyyatların gizlədilməsini təmin etmək üçün faktiki olaraq mal,iş və xidmət təqdim etmədən sənəd üzərində həyata keçirilən əməliyyatlar hesab

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 28 iyul tarixli 265 nömrəli Qərarı ilə “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarları”təsdiq edilib. Qərara əsasən, aşağıdakı meyarlardan ən azı birinə cavab verən vergi ödəyicisi riskli vergi ödəyicisi hesab olunacaq:

Nazirlər Kabinetinin qəbul etdiyi qərara əsasən, vergi ödəyicisinin apardığı aşağıdakı əməliyyatlar riskli əməliyyat hesab edilir:

vergi ödəyicilərinin təqdim etdiyi elektron qaimə-fakturalarda aldığı və ya idxal etdiyi mal çeşidlərindən fərqli mal çeşidlərinin göstərildiyi aşkar edildikdə;

Nümunə:

Fərdi sahibkar olan Əliyev Əli alınan mallar üzrə anbarında aşağıdakı ad və kodda mal vardır:

Malın adı: Kələm

Malın kodu: 0704909000 Malın miqdarı: 10 ton

Sahibkar burada qeyd olunan kod və addan fərqli kod və ad seçib mal təqdim etməsini həyata keçirdiyi təqdirdə aparılan əməliyyat riskli əməliiay hesab ediləcəkdir.

1 ci nümənin davamı olaraq qeyd edim ki, göstərilən 10 ton kələmdən artıq miqdarda mal təqdim edilməsi həyata keçirildiyi təqdirdə məsələn 11 ton bu əməliyyatda riskli əməliyyat çərçivəsinə daxil ediləcəkdir.

Qeyd edək ki, riskli vergi ödəyicisi statusunu daşıyan vergi ödəyicilərinə, habelə əmtəəsiz və riskli əməliyyatlar apararaq vergidən yayınan vergi ödəyiciləri ilə bağlı Vergi Məcəlləsində bir sıra məhdudlaşdırmalar nəzərdə tutulur. Belə məhdudlaşmalara aşağıdakılar aiddir:

Riskli vergi ödəyici olan şəxsin bu siyahıdan çıxarılması ilə bağlı görməli olduğu tədbirlər:

Nazirlər kabinetinin meyarlarından müəyyən olunduğu kimi riskli vergi ödəyicisi statusunda olan vergi ödəyicilərinin fəaliyyəti məhdudlaşdırılacaq, bu əməliyyatlar nəticəsində qazanılmış mənfəətdən məhrum olacaqdır. Lakin bu siyahıya düşmüş şəxslərin bu siyahıdan çıxarılmaları üçün hansı addımları atmalıdır onlarla tanış olaq:

  1. Onlayn kargüzarlıq bölməsinə daxil olmuş riskli vergi ödəyicisi olmanız haqqında sənəd təhlil edilməlidir.
  2. Riskli vergi ödəyicisi olmanıza səbəb olan fakt araşdırılmalı dərhal aradan qaldırılması ilə bağlı təxirəsalınmaz tədbirlər həyata keçirilməlidir.

Nümunə:

Malın kodu qaimədə səhv yazılıbsa, malın adı səhv yazılıbsa, mal anbarı qeydiyyata alınmayıbsa və s. dərhal bunlarla bağlı tədbirlər görməli və vergi orqanını məlumatlandırmalısınız.

  1. Dövlət Vergi Xidmətinin haqsız olduğu qənaətinə gəlmisinizsə bu zaman öz mövqeyinizi əsaslandırmalı, haqsız olaraq salındığınız siyahıdan dəlillərlə birlikdə çıxarılması ilə bağlı vergi orqanına müraciət etməlisiniz.

Riskli vergi ödəyicisi siyahısından çıxarılmaq üçün müraciət İqtisadiyyat Nazirliyinə edilir. Aparılan araşdırmalar nəticəsində yeni dövr üçün riskli əməliyyat meyarları təsdiqini tapmazsa bu zaman siz riskli vergi ödəyiciləri siyahısından çıxarılmış olacaqsınız.

Riskli vergi ödəyici olan şəxslər barəsində vergidən yayınma halları ilə bağlı əsaslı məlumatlar olduğu üçün növbədənkənar səyyar vergi yoxlaması və ya opertaiv vergi nəzarəti başladıla bilər.

Müəllif: Kamal Hüseynzadə

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir