Təlim haqqında: Uzunömürlü və rəqabətqabiliyyətli olmaq istəyən şirkətlər sadəcə texnoloji yeniliklərə deyil, həmçinin şirkət işçilərindən səmərəli istifadəyə önəm verməlidir. İnsan resursunun şirkətlər üçün önəminin artması
ilə yanaşı insan resursları proseslərinin də şirkətlər üçün əhəmiyyəti artmışdır. Şirkətin fəaliyyəti üzərində gözlə görüləcək təsiri yaradan İnsan resursları proseslərindən biri performans dəyərləndirmədir. Təlimin məqsədi performans dəyərləndirmə sisteminin hədəf və səriştəliklərlə necə əlaqələndiriləcəyi, hədəf və səriştə əsaslı performans dəyərləndirmə sisteminin necə qurulacağı və praktiki nümunələrdən istifadə edərək sistemin tətbiqi haqqında məlumat verməkdir.

Sertifikat:  Tədrisin sonunda imtahan nəticələrinə əsaslanaraq iştirakçılara 3 istiqamətdə (dinləyici, müvəffəqiyyət, fərqlənmə) sertifikat təqdim olunacaq.

Təlimin planı: Bu linkdən tanış ola bilərsiniz.

Təlimin dili:  Azərbaycan

Təlimin müddəti:  Dərslər 1 ay (16 sааt), həftədə 2 dəfə olmaqla hər biri 2 saat müddətində keçirilir.

Təlimin qiyməti:

Təlim saatları Dərs formatı Qiymət
19:00-21:00 Ənənəvi (qrup şəklində) 249 AZN
19:00-21:00 Online (qrup şəklində) 249 AZN

Təlimin materialları:  İştirakçılar həm nəzəri, həm də praktiki materiallarla təmin olunacaqlar.

Təlimin təlimçiləri:

Gülarə Novruzova-Gözəlova: Bakalavr təhsilini Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında, magistr təhsilini isə Türkiyənin İstanbul Universitetində almışdır. Hal-hazırda Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR), “Azneft” İB,İdarəetmə aparatı, İnsan resursları departamentində (İRD) – İnsan resursları üzrə aparıcı mütəxəssis vəzifəsində çalışır. Bundan əlavə Pasha Holding, “Agro Dairy” Məhdud Məsuliyyətli Cəmiyyətində, «Azərenerji» Açıq Səhmdar Cəmiyyətində – İnsan resursları üzrə mütəxəssis vəzifəsində və Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası, İqtisadiyyatın Dövlət tənzimlənməsi
kafedrasında, müəllim vəzifəsində çalışıb.

Orxan Dəmirbəyli – 2010-cu ildə Bakı Dövlət Universitetini bitirmişdir. “SİAR” Sosial İqtisadi Araşdırmalar mərkəzi, Azərsun Holdinq kimi şirkətlərdə marketoloq, audit və insan resursları üzrə bölmə rəisi kimi çalışmışdır. İnsan resursları üzrə 10 ildən çox təcrübəyə malikdir.

 

QEYDİYYAT ÜÇÜN ƏLAQƏ VASİTƏLƏRİMİZ

Kursda iştirak etmək üçün Qeydiyyat Formunu doldurun

Теl: 050 290 61 21/050 299 61 21

E-poçt: [email protected]

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir