Əlaqəli yazılar

Səssiz işdən çıxarma

Səssiz işdən çıxarma son zamanlar sosial mediada tez-tez rast gəlinən ifadədir. Əslində isə bu hal əvvəllər də mövcud olub. İşəgötürənin işçini birbaşa işdən azad etməsi əvəzinə, ona etinasız yanaşaraq işdən çıxmağa sövq etməsi səssiz işdən çəxarmadır. Rəhbərlər səssiz işdən çıxarma taktikasından istifadə edərək onlara artıq istənilmədiklərini hiss etdirirlər. Passiv-aqressiv yanaşma vasitəsilə rəhbərlər işçinin zəif performansı barədə müzakirələrdən və inkişaf planı hazırlamaqdan qaçırlar.

Səssiz işdən çıxarmanın 3 əsas göstəricisi var:

1️⃣ Ünsiyyət kanalları bağlıdır:

📌 rəhbərdən fəaliyyətinizlə bağlı rəy almırsınız;

📌 elektron məktublarınızın çoxu cavabsız qalır;

📌 rəhbərlə təkbətək görüşə bilmirsiniz;

📌 əsas iclaslardan kənarlaşdırılırsınız;

📌 iştirak etdiyiniz azsaylı iclaslardakı təklifləriniz nəzərə alınmır.

2️⃣ Karyera inkişafı dayanıb

📌 yüksək vəzifələrə irəli çəkilməyiniz nəzərdən keçirilmir;

📌 əməkhaqqınızda artım yoxdur;

📌 layihələriniz dayandırılıb və hər gün eyni işlərlə məşğulsunuz.

3️⃣ Sosial cəhətdən təcrid olunmusunuz:

📌 komanda yoldaşlarınızla nahara və ya çay içməyə dəvət olunmursunuz;

📌 rəhbər və komanda yoldaşlarınızla söhbət etməyə yalnız siz təşəbbüs göstərirsiniz, onlar sizə yaxınlaşmırlar.

Bəzi rəhbərlər üçün səssiz işdən çıxarma asan üsul kimi görünə bilər, amma konstruktiv müzakirə yolu ilə məsələləri həll etmək daha məqsədəuyğundur.

Səssiz işdən çıxarma rəhbərin və şirkətin nüfuzuna xələl gətirir. Problemlərlə açıq şəkildə üzləşməyə cəsarət etməyən rəhbər və ya şirkət kimi tanınmaq gələcəkdə işə qəbul prosesinə mənfi təsir göstərir. Digər tərəfdən, səssiz işdən çıxarılan işçi rəqib şirkətə də gedə bilər. Buna görə də yolları peşəkarcasına və xoş münasibətlə ayırmaq tövsiyə edilir.

Əlaqəli yazılar