Əlaqəli yazılar

Sensible vs Sensitive

İngilis dilindəki “sense” (“hiss, hissiyat”) sözündən yaranmış “sensible” və “sensitive” sözləri hər ikisi sifətdir. Bu sözlər oxşar olsa da, mənaca fərqlənirlər.

✔️ “Sensible” dilimizə “ağıllı, düşüncəli, dərrakəli, məntiqli” kimi tərcümə olunur.

🖊️He was sensible enough to see that Jake was the best candidate for the job. – O, Ceykin ən yaxşı namizəd olduğunu görəcək qədər ağıllı idi.

🖊️ He gave me some very sensible advice. – O, mənə çox ağıllı məsləhətlər verdi.

✔️ “Sensitive” dilimizə “həssas, tez inciyən” kimi tərcümə olunur.

🖊️ He’s become more sensitive as he’s got older. – O, yaşlandıqca daha həssas olub.

🖊️ a baby’s sensitive skin – uşağın həssas dərisi

🤔 Bu sözlərin fərqini necə yadda saxlayaq❓

“Sensible” sözü “-able” şəkilçisinin digər versiyası olan “-ible” ilə bitir. “Able” dilimizə “qabil, bacarıqlı” kimi tərcümə olunur. “Sensible” sözünü “ağıllı qərarlar verməyə və mühakimə yürütməyə qabil olan” kimi yadda saxlamaq olar.

Gəlin öyrəndiklərimizi yoxlayaq. Aşağıdakı cümlələrdə boşluqların yerinə hansı söz yazılmalıdır❓

🖊️Her relationship has just ended so she’s feeling a little ________ at the moment.

🖊️As safety officer for the company, we need someone with a ________ attitude towards safety and danger.

Müəllif: Madam Helpful

Əlaqəli yazılar