Silinmiş şəkil, video və fayllarınızı geri qaytarmaq istəyirsiniz? Elə isə bu paylaşım sizin üçündür.
“Android” smartfonunuzdan faylı sildikdə, əslində, o fayl silinmir. Sadəcə smartfon o faylları silinmiş kimi görür. Biz fərqli tətbiqlərdən istifadə edərək silinmiş məlumatları geri qaytara bilərik. Şəkilləri birbaşa smartfonunuzdan geri qaytarmaq üçün bu tətbiqlərdən istifadə edə bilərsiniz: “DiskDigger photo recovery”, “Deleted Photo Recovery”.
Kompüterlə isə “Dr. Fone for Android” tətbiqi vasitəsilə məlumatları geri qaytara bilərsiniz:
1. İlk öncə tətbiqi kompüterinizə yükləyin və quraşdırın. Daha sonra isə smartfonu USB kabel ilə kompüterə qoşun.
2. Açılan pəncərədə tətbiqin geri qaytara biləcəyi məlumat növlərini görəcəksiniz. Geri qaytarmaq istədiyiniz fayl növlərini seçib “Next” düyməsini sıxın.
3. Tətbiq məlumatları geri qaytarmağa başlayacaq. Bu proses bir neçə dəqiqə çəkə bilər. Ona görə də səbirli olun.
4. Proses bitdikdən sonra qarşınıza çıxan pəncərədə geri qaytarılan fayllar görünəcək. Sizə lazım olan faylları seçərək “Recovery” düyməsinə klik edin və faylları kompüterinizə köçürün.
Bu tip məlumatların daha çox paylaşılmasını istəyirsinizsə, şərhdə “+” yazın.
Hazırladı: Aytən Cavadova