Əlaqəli yazılar

Skin vs leather

İngilis dilindəki “skin” və “”leather” sözlərinin hər ikisi dilimizə “dəri” kimi tərcümə olunsa da, mənaca fərqlənirlər.

✔️ “Leather” material mənasında “dəri” deməkdir və sayılmayan isimdir (uncountable noun).

👢Leather boots – dəri çəkmələr

“Süni dəri” mənasında isə “pleather” sözündən istifadə olunur.

✔️ “Skin” sözünün isə əsas mənaları aşağıdakılardır:

1️⃣ İnsan və ya heyvan dərisi

🐍 As it grows, a snake will regularly shed its skin. – İlan böyüdükcə mütəmadi olaraq dərisini dəyişir.

👐The skin on his hands was dry and rough. – Onun əllərinin dərisi quru və kobud idi.

2️⃣ Meyvənin qabığı. Bu mənada “skin” sözünün sinonimi “peel” sözüdür.

🍌 banana skin/peel – banan qabığı

Hazırladı: Madam Helpful

Əlaqəli yazılar