Bu dəfəki videodərsimizdə MS Excel proqramının add-insi olan Solver haqqında danışmışıq. Solverin köməyi ilə gəlirin maksimum edilməsi , xərclərin və istehsal müddətinin minimuma endirilməsi üçün istehsal planları hazırlaya bilərik. Videodərsliyi izləməklə siz müəyyən şərt daxilində verilmiş məsələnin ən optimal həllini tapmağı öyrənəcəksiz. Video dərsi youtube kanalımızdan izləyə bilərsiz.
https://www.youtube.com/watch?v=PYVzymgoj5k&t=s
Dərsin faylını yüklə: Solver add-in №1
Qazandığınız bilikləri yoxlamaq üçün aşağıdakı nümunədə verilmiş məsələni həll etməyə çalışın və tapdığınız cavabı fb səhifəmizdəki bu paylaşımın rəy bölməsində qeyd edin.
Tutaq ki, siz hər hansı bir məhsulu yük gəmisi ilə xarici ölkəyə ixrac etmək istəyirsiniz. Məhsul yeşiklərə və ya qutulara yerləşdirilə bilər. Məhsulla dolu yeşiyin kütləsi 70 kq, həcmi 0,45 m3, məhsulla dolu qutunun kütləsi isə 25 kq, həcmi 0,22 m3-dir. Gəminin yük bölməsinin həcmi 34 m3-dir və ən azı 110 yeşik və qutu yüklənməlidir. Verilimiş şərtlər daxilində siz bu gəmi ilə maksimum nə qədər məhsul ixrac edə bilərsiniz?
____________________________________________________________________________________________________________________________
Buradaykən, Sizdən kiçik bir xahişimiz var. Bildiyiniz kimi, biz – “INNAB” komandası olaraq ana dilində peşəkar inkişafı təmin etmək məqsədi ilə məzmun (kontent) yaratmaqla da məşğuluq. İşinə məsuliyyətlə və həvəslə yanaşan komandamız bu işi təmənnasız şəkildə yerinə yetirir. Komandamız məzmunlarımızın daha çox insanların izləməsini görüb daha da motivasiya olur. Bu işdə sizin də dəstəyinizə ehtiyacımız var. Bu postu paylaşmaqla, həmçinin hər baxıb bəyəndiyiniz videoları, məqalələri daha çox insana tövsiyyə etməklə, youtube kanalımıza, bloqumuza, facebook/linkedin/instagram səhifəmizə abunə olmaqla həm bizi motivə edə, həm də peşəkar inkişafınız üçün zəmin yarada bilərsiniz.