Əlaqəli yazılar

Solver add-in №2 – GRG Nonlienar, Simplex LP Solving methods and Binary constraint

Bu dəfə Solverin Simplex LP və GRG Nonlinear həll metodlarından, eyni zamanda ancaq dəyişənlərə tətbiq edilə bilən və adətən seçim zərurəti olduqda istifadə edilən binary şərtindən danışdıq. Bu videodərsliyi izləməklə siz artıq xətti və qeyri-xətti məsələləri bir-birindən çox asanlıqla ayıra biləcəksiniz. Binary şərtinin köməyilə isə heç vaxt seçim qarşısında qalmayacaqsınız. Video dərsi youtube kanalımızdan izləyə bilərsiz.

 

https://www.youtube.com/watch?v=0UFvd0MfAjM&t=s

 

Dərsin faylını yüklə: Solver add-in №2

 

Qazandığınız bilikləri yoxlamaq üçün aşağıdakı nümunədə verilmiş məsələni həll etməyə çalışın və tapdığınız cavabı fb səhifəmizdə olan bu postun rəy bölməsinə qeyd edin.

Tutaq ki, sizin 4 icraçınız: Akif, Vüqar, Türkan, Leyla, Tünzalə və 4 görülməmiş layihəniz:1,2,3,4,5 var. Hər bir işçi layihələri müxtəlif qiymətə görür. Akif 1-ci layihəni 16 min AZN-ə, 2-cini 12 min AZN-ə, 3-cünü 23 min AZN-ə, 4-cünü 12 min AZN-ə, 5-cini 20 min AZN-ə, Vüqar 1-ci layihəni 20 min AZN-ə, 2-cini 15 min AZN-ə, 3-cünü 20 min AZN-ə, 4-cünü 14 min AZN-ə, 5-cini 18 min AZN-ə, Türkan 1-ci layihəni 22 min AZN-ə, 2-cini 10 min AZN-ə, 3-cünü 12 min AZN-ə, 4-cünü 15 min AZN-ə, 5-cini 20 min AZN-ə, Leyla 1-ci layihəni 11 min AZN-ə, 2-cini 22 min AZN-ə, 3-cünü 20 min AZN-ə, 4-cünü 30 min AZN-ə, 5-cini 12 min AZN-ə, Tünzalə 1-ci layihəni 10 min AZN-ə, 2-cini 12 min AZN-ə, 3-cünü 15 min AZN-ə, 4-cünü 14 min AZN-ə, 5-cini 15 min AZN-ə görür. Hər bir icraçıya ancaq 1 layihə həvalə edilə bilər.

Belə olduqda Solverin köməyi ilə biz tapmalıyıq ki, hansı icraçıya hansı layihəni həvalə etmək lazımdır ki, xərclərimiz minimum olsun.

İcraçılar 1-ci layihə(min AZN) 2-ci layihə(min AZN) 3-cü layihə(min AZN) 4-cü layihə(min AZN) 5-ci layihə(min AZN)
Akif 16 12 23 12 20
Vüqar 20 15 20 14 18
Türkan 22 10 12 15 20
Leyla 11 22 20 30 12
Tünzalə 10 12 15 14 15