Kurs haqqında: Sosial elmlər üçün Statistika Paketi (Statistical Package for Social Seciences) Bizneslər, Dövlət müəssisələri, Elmi Tədqiqat İnstitutları və Akademik təşkilatlar üçün nəzərdə tutulan, beynəlxalq səviyyədə tanınan statistika və data analitikası proqram təminatıdır. SPSS böyük həcmli data ilə işləyən, cəld və dəqiq analitik təhlil aparmaq istəyən hər kəsin seçimidir.Təlim müddətində IBM SPSS-ə məxsus iki alət SPSS Statistics və SPSS Modeler ilə
datanı daxil etmək, təmizləmək və idarə etməkdən diaqnostik təhlillər, proqnozlaşdırma, klaster analizi, time series analizi, təbii dilin emalı və süni intellekt ilə data təhlilinə qədər onlarla yeni metodologiyaları real biznes, satış, maliyyə, səhiyyə və dövlət datalarına tətbiq edərək öyrənəcəksiniz. Bu təlim proqramı qrafik və siyahıların tərtib olunması, datanın təmizlənməsi kimi çox sadə hesablamalardan daha dərin sayılan diaqnostik və prediktiv təhlilləri o cümlədən Features Selection, Chi Square Test, Anova, Neural Networks, Logistik reqressiya, C5, XGBoost, NLP, Sentiment Analysis, Klaster Analizi və Factor analizi kimi bir çox metodologiyaları özündə birləşdirir. Siz bu təlim vasitəsilə Normal Paylanma, Mərkəzi Limit Teoremi, Hipotez testləri və Böyük ədədlər qanunu kimi fundamental statistika bilikləri ilə yanaşı data təhlili ilə əlaqədar bütün əsas bilikləri əldə edəcək və beləliklə data mining layihəniz və ya tədqiqatınız üçün lazım olan analizləri çox daha tez və dəqiq şəkildə icra edəcəksiniz. Bu isə sizə data əsaslı nəticələr əldə etməyə kömək edəcək. Beləliklə qərarvermə sürətinizi artıraraq işinizin keyfiyyətini yüksəldəcəkdir. Son olaraq Capstone Layihələri (CL) vasitəsi ilə siz təlimdə qazanlılan bilikləri real layihəyə tətbiq etməklə müvafiq data əsaslı nəticələr əldə edəcəksiniz. (Bu layihə sizin hazırda işlədiyiniz biznes, sosyal və ya akademik layihəniz ola bilər).

Kursun formatı

Proqramda iştirak etmək üçün ön bilik tələb edilmir. Təlimin məqsədi Statistika, Riyaziyyat və Proqramlaşdırmanı bilməyənlər üçün praktiki biliklər öyrətməklə onların təhlil prosesini asanlaşdırmaqdan ibarətdir- proqram bütün nəzəri biliklər və Elmi terminləri mümkün olduğu qədər azaltmaqla sadə və anlaşıqlı şəkildə tədris olunacaqdır. Riyazi formulalar çox zəruri olduğu təqdirdə izah oluna bilər.

Təlimin məqsədi

Təlim proqramı data analitiklər və elmi tədqiqatçıların quantitative (riyazi-statistik) analizləri rahat icra edə bilmələri üçün praktiki bələdçi rolunu oynayır. Bu həm də təlim iştirakçılarının layihə və tədqiqatlarının, elmi məqalələrinin etibarlılığının yoxlanmasına, rəhbərlikdə və ya qlobal elmi institutlarda rəğbət qazanmasına kömək edir. Praktiki tapşırıqlar vasitəsi ilə biz SPSS-in hansı formada daha etibarlı, dəqiq və asan təhlillər aparmağa vasitəçi olduğuna şahid olacağıq.

Sertifikat:  Tədrisin sonunda imtahan nəticələrinə əsaslanaraq iştirakçılara 3 istiqamətdə (dinləyici, müvəffəqiyyət, fərqlənmə) sertifikat təqdim olunacaq.

Kursun planı: Bu linkdən tanış ola bilərsiniz. 

Кursun dili:  Azərbaycan

Kursun müddəti:  Dərslər 2 ay (32 sааt), həftədə 2 dəfə olmaqla hər biri 2 saat müddətində keçirilir.

Кursun qiyməti:

Təlim saatları Dərs formatı Qiymət
19:00-21:00 Ənənəvi (qrup şəklində) 199 AZN
19:00-21:00 Online (qrup şəklində) 199 AZN

Birdəfəlik ödəniş zamanı 5% endirim ediləcəkdir.

Kursun materialları:  İştirakçılar həm nəzəri, həm də praktiki materiallarla təmin olunacaqlar.

Кursun təlimçiləri:

Tural Məmmədov: hal-hazırda Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriyada Böyük mütəxəssis vəzifəsində çalışır. 7 ilə yaxın iş təcrübəsi var. Bakalavr təhsilini Qafqaz Universitetində, magistr və doktorantura təhsilini isə Azərbaycan Dövlət İqtisad Universitetində almışdır. Azərbaycan Universiteti, Azərbaycan Dövlət İqtisad Universiteti, Xəzər Universiteti, Bakı Ali Neft Məktəbi, Dövlət Gömrük Komitəsinin Akademiyası və s. yerlərdə təlimçi kimi, İqtisadi İslahatlar Elmi-Tədqiqat İnstitutu, Azad İqtisadiyyata Yardım İctimai Birliyi, Konstitusiya Araşdırmaları Fondu, Tələbə Qəbulu üzrə Dövlət Komissiyası, Karyeris MMC kimi yerlərdə müxtəlif vəzifələrdə çalışmışdır.

QEYDİYYAT ÜÇÜN ƏLAQƏ VASİTƏLƏRİMİZ

Kursda iştirak etmək üçün Qeydiyyat Formunu doldurun

Теl: 050 290 61 21/050 299 61 21

E-poçt: [email protected]

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir