Əlaqəli yazılar

ST1: Statistikaya Giriş

Statistika riyaziyyatın bir qoludur və əldə edilən məlumatları elmi və praktiki məqsədlər üçün işləyib hazırlamaqla məşğul olur. Niyə görə statistikanı öyrənməliyik? Birincisi, statistika bizə dünya haqqında fikir formalaşdırılmasında kömək edir. İkincisi isə,  statistika bizə ən uyğun biznes qərarlarının verilməsində kömək edir.

Biznes dünyasında statistika aşağıda qeyd edilmiş mühim fəaliyyətlərdə istifadə edilir:

  • Biznes məlumatlarının (rəqəmləri) ümumiləşdirilməsi
  • Bu məlumatlar əsasında nəticə çıxartmaq
  • Biznes fəaliyyətləri üzrə real proqnoz vermək
  • Biznes proseslərini inkişaf etdirmək

Statistika iki hissədən ibarətdir: təsviri statistika və təhili statistika.

1.1

Statistikada istifadə edilən ən vacib 7 termin və onların izahı:

Dəyişən: əşyaların və şəxslərin xüsusiyyətini göstərir. Misal: sinifdə sağirdlərin yaşı, adı, cinsi, boy ölçüsü, çəkisi dəyişənlərdir.

Verilən: dəyişənlərin aldığı müxtəlif qiymətlərdir. Misal: bir öncəki misalda şagirdlərin çəkisi dəyişənini götürək. Fərz edək ki, sağirdlərin çəkisi belədir: 36; 34.5; 40; 41.5; 35; 39. Bu rəqəmlər verilənlər adlanır. Gördüyümüz kimi, bir dəyişən birdən çox qimət alır.

İstifadə mənası: əgər dəyişənin istifadə mənası yoxdursa dəyişənlərin aldığı bütün qiymətlər mənasızdır. Misal: sagirdlərin çəkisi deyiləndə əgər bir təhlilçi bunu məktəbin bütün sağirdlərinin çəkisi olaraq, digər bir təhlilçi isə yalnız məktəbdə olan 7-ci sinif şagirdlərinin çəkisi olaraq düşünürsə deməli dəyişənin istifadə mənası düz deyildir. Dəyişənin adı elə olmalıdırki, hər bir təhlilçi tərəfindən aydın başa düşülən olsun. Bu misalda dəyişənə bütün şagirdlərinin çəkisi olaraq versək daha anlaşılan olar.

Ümumi Toplu: nəticə əldə etmək istədiyimiz bütün çevrəni əhatə edir. Ümumi Toplu böyük bir qrupdur. Misal: Azərbaycanda sagirdlərin İQ səviyyəsi. Burada Azərbaycanda oxuyan bütün sağirdlər (şəhər, rayon, qəsəbə, kənd) bizim ümumi topludur.

Seçmə: təhlil üçün ümumi topludan seçilmiş bir hissədir. Yuxarıdakı misalda yalnız Bakıda oxuyan sagirdlərin İQ səviyyəsini hesablasaq, seçdiyimiz sağirdlər bizim seçmə olacaqdır.

1.2

Parametrlər: ümumi toplunun təhlili nəticəsində əldə edilən göstəricilərdir.

Statistiklər: seçmənin təhlili nəticəsində əldə edilən göstəricilərdir.

1.3


Buradaykən, Sizdən kiçik bir xahişimiz var. Bildiyiniz kimi, biz – “INNAB” komandası olaraq ana dilində peşəkar inkişafı təmin etmək məqsədi ilə məzmun (kontent) yaratmaqla da məşğuluq. İşinə məsuliyyətlə və həvəslə yanaşan komandamız bu işi təmənnasız şəkildə yerinə yetirir. Komandamız məzmunlarımızın daha çox insanların izləməsini görüb daha da motivasiya olur. Bu işdə sizin də dəstəyinizə ehtiyacımız var. Bu postu paylaşmaqla, həmçinin hər baxıb bəyəndiyiniz videoları, məqalələri daha çox insana tövsiyyə etməklə, youtube kanalımıza, bloqumuza, facebook/linkedin/instagram səhifəmizə abunə olmaqla həm bizi motivə edə, həm də peşəkar inkişafınız üçün zəmin yarada bilərsiniz.