Orta qiymətdən kənarlaşma aşağıdakı metodlar vasitəsilə ölçülür:
- Verilənlər arası maksimum məsafə: verilənlər çoxluğunda ən böyük rəqəmlə ən kiçik rəqəm arasındakı fərqdir.
Verilənlər arası maksimum məsafə = Xböyük – Xkiçik
Hər zaman lazımsız verilənlərin (outliers) təsiri özünü göstərir.
- Dispersiya və standart kənarlaşma: dəyişənin onun orta qiymətindən dağılma (kənarlaşma, səpələnmə) ölçüsüdür. Dispersiyanın kvadrat kökü dəyişənin standart yayınmasına bərabərdir.
Seçmənin standart kənarlaşması aşağıda qeyd edilmiş 5 addımı izləməklə hesablanır.
- Hər verilənlə seçmənin aritmatik otrası arasındakı fərqlər hesablanır
- Alınmış fərqlər kvadrata yüksəldilir
- Kvadrata yüksəldilmiş fərqlər toplanılır
- Alınmış cəm “n-1”- ə bölünərək seçmə dispersiyası tapılır. Buradakı “n” seçmə sayıdır.
- Dispersiyanın kvadrat kökü alınaraq standart yayınma tapılır.
Misal: Seçmə verilənləri – 10; 12; 14; 15; 17; 18; 18; 24
Aşağıda qeyd edilmiş 3 verilən çoxluğu üzrə standart kənarlaşmaları hesablamağa cəhd edin (cavablar yaşıl xanada göstərilmişdir).
- Kənarlaşma əmsalı: eyni yayınmaya sahib olan çoxluqlar arasında müqayisə aparmaqda istifadə edilən ən effektiv vasitədir. Misal, deyək ki, iki investisiya imkanı var. Hansı az risklidirsə (standart yayınması az olan) ona pul qoyacaqsız. Lakin, hər ikisinin standart kənarlaşması eynidir deyək, o təqdirdə hansı variantı seçəcəyinizi bilmirsiniz. Əslində standart yayınmaların bir-birinə bərabər olması o demək deyil ki, hər iki variant eyni risklidir. Bəs hansı az risklidir? Məhz bu tip suallara cavab tapmaq üçün istifadə edilən alət kənarlaşma əmsalıdır. Gəlin buna misallar üzərindən baxaq:
Hər iki səhmin standart kənarlaşmasının eyni olmasına baxmayaraq, B səhminin qiymətdən kənarlaşması daha azdır. B səhminin kənarlaşma əmsalı aşağı olduğuna görə onun seçilməsi daha yararlıdır.
Kənarlaşma əmsalı təkcə eyni yayınmaya sahib olan çoxluqlar arasında müqayisə aparmaq üçün istifadə edilmir. Elə iki səhm ola bilər ki, digəri ilə müqayisədə standart yayınmasının az olmasına baxmayaraq, bu səhm digərinə nisbətən daha riskli ola bilər. Buna misal üzərindən baxaq:
C səhminin standart yayınmasının az olmasına baxmaraq, kənarlaşma əmsalı böyükdür.
Buradaykən, Sizdən kiçik bir xahişimiz var. Bildiyiniz kimi, biz – “INNAB” komandası olaraq ana dilində peşəkar inkişafı təmin etmək məqsədi ilə məzmun (kontent) yaratmaqla da məşğuluq. İşinə məsuliyyətlə və həvəslə yanaşan komandamız bu işi təmənnasız şəkildə yerinə yetirir. Komandamız məzmunlarımızın daha çox insanların izləməsini görüb daha da motivasiya olur. Bu işdə sizin də dəstəyinizə ehtiyacımız var. Bu postu paylaşmaqla, həmçinin hər baxıb bəyəndiyiniz videoları, məqalələri daha çox insana tövsiyyə etməklə, youtube kanalımıza, bloqumuza, facebook/linkedin/instagram səhifəmizə abunə olmaqla həm bizi motivə edə, həm də peşəkar inkişafınız üçün zəmin yarada bilərsiniz.