Əlaqəli yazılar

Start vs. begin

İngilis dilindəki “to start” və “to begin” sözlərinin hər ikisi dilimizə “başlamaq” kimi tərcümə olunur.

• When did you begin learning English?- İngilis dilini nə vaxt öyrənməyə başladın?

• The meeting didn’t start until 9 pm. – İclas saat 9-a qədər başlamadı.

Lakin bu sözlər həmişə bir-birini əvəz edə bilmir. Aşağıdakı mənalarda “to begin” yox, “to start” sözü istifadə olunur:

1) Texnikanın, elektrik əşyalarının işə düşməsi və ya onların işə salınması mənasında;

2) Yeni biznesə başlamaq mənasında.

• Press this button to start the printer. – Printeri işə salmaq üçün bu düyməni basın.

• He couldn’t get the engine started. – O, mühərriki işə sala blmədi.

• He borrowed money to start a restaurant. – O, restoran açmaq üçün borc götürdü.

• Now is a good time to start your own business. – İndi öz biznesini qurmaq üçün yaxşı vaxtdır.

Hazırladı: Madam Helpful

Əlaqəli yazılar