Əlaqəli yazılar

Sürətli karyera inkişafı üçün nə etməli…?

Ömrü boyu durğun bir karyerada ilişib qalmaq… Düşənməsi belə vahimə vericidir. Xarakter etibarı ilə iddialı bir insan olmasaq belə hər birimiz  karyeramızın müəyyən mərhələsində inkişaf etmək, yeni təcrübələr qazanmaq istəyir və ya dəyişimlər arzusuna aludə oluruq. Bəs, bu  prossesi necə sürətləndirə bilərik? Bu yazıda sizə karyeranızı inkişaf etdirmənin ən effektiv yollarını təqdim edirik.

Doğru yolda olduğunuzdan əmin olun

İlk addımınız doğru karyera yolunda olduğunuzdan əmin olmaqdır. Bir işin yaxşı ödənişli olması və ya bəzi cəlbedici karyera imkanları təklif  etməsi sizin üçün doğru iş olduğu anlamına gəlmir. Doğru karyerada olub -olmadığınızı müəyyənləşdirmək üçün özünüzdən soruşmalı olduğunuz bəzi suallar var – İşə getməkdən qorxursunuz? Çalışdığınız  qurum zəhmətinizi qiymətləndirirmi? Tamamlanmış hiss edirsiniz? və bu kimi bir çox suallar.

İşinizlə aranızda olan uyğunsuzluq sizin üçün eyni zamanda zəhərli(toxic) bir iş mühitinə çevirilib, qatalanılmaz hala gələ bilər. İş yerində məruz qaldığınız pis rəftar qəbul etməli olduğunuz bir şey deyil. Doğru istiqamət üzrə addımlamaq, karyeranızı dəyişdirmək və belə bir zəhərli mühitdən uzaqlaşmaq istəyirsinizsə, unutmayın ki, bunu sizin üçün heç kim etməyəcək. Yalnız özünüz bu yolda zəruri addımları atmağa cəsarət etməlisiniz.

Üstünlərinizlə söhbət edin

Unutmayın ki, rəhbərləriniz  növbəti menecerləri tövsiyyə edəcək şəxslərdir. Bu  söhbətlərdə adınızın  səslənməsini istəyirsinizsə (düzgün səbəblərə görə) onlarla yaxşı münasibət qurmalısınız. Onlarla müntəzəm olaraq söhbət edin və  işə başladığınız andan etibarən gördüyünüz işlərlə yaxşı şəkildə yaddaşlarında qalmağa çalışın.

Əlavə Təlimlər İstəyin

Əksər iş yerləri işçilərinə işlədikləri müddət ərzində müəyyən təlim fürsətləri təklif edir. Karyeranızı sürətli şəkildə  inkişaf etdirmək istəyirsinizsə, bu təlim imkanlarından maksimum səmərəli istifadə etməlisiniz. Eyni zamanda uğur nərdivanında irəliləmək  üçün xüsusi bir şeylər öyrənməyə cəhd edin və bu istiqamətdə əlavə təlimlər  əldə etməyə çalışın. Bu sizi yalnız daha yaxşı olmaq üçün təşəbbüskar kimi göstərməyəcək, həm də bacarıqlarınızı gücləndirib, daha üstün bir namizəd edəcəkdir.

Məqsədlərinizin fərqində olun

Hədəflərinizin nə olduğunu bilirsinizsə, bu karyeranızda irəliləmək sizin üçün daha da asanlaşıb , diqqətinizi cəmləməyə yardımçı olacaq. Məqsədlərinizi təyin etdikdən sonra bir hərəkət planı hazırlayıb, irəliləyişinizi  və inkişafınızı daima  nəzarətdə saxlayın.

Ambisiyalarınızı gizlətməyə çalışmayın

Bəzən, karyera pillələrini qalxmağın ən effektiv yolu, bunu etmək istədiyinizi insanlara bildirməkdir. Zəhmətkeş olsanız belə, “iddialı olub, menecer vəzifəsini istədiyini açıq şəkildə ifadə edən başqa bir işçi varsa”  bu şəxs mübarizədə  daha avantajlı olan tərəfdir. Əlbəttə ki, bir gün bütün ofisi necə idarə edəcəyiniz barədə qışqıraraq işə getməyin, ancaq karyeranızdakı hədəfləriniz barədə rəhbərlərinizlə daim ünsiyyətdə olun.

Hər gün dəyərinizi nümayiş etdirin

Daha sürətli karyera yüksəlişinin ən vacib hissəsi iş yoldaşlarınıza və menecerlərinizə nə qədər dəyərli olduğunuzu göstərməkdir. Lakin bu dəyəri  ilk olaraq özünüzə siz verməlisiniz. Çox çalışmalı, son təslim tarixlərinə məsuliyyətlə yanaşıb, liderliyi öz üzərinizə götürməli və peşəkarlığınızı qorumaqla irəlləməlisiniz. Bu cür davam etsəniz yüksək ehtimal ki, bir gün arzuladığınız o vəzifə üçün diqqəti öz üzərinizə çəkəcəksiniz.

Məqalənin əsli: 6 Steps to faster career development

Tərcümə etdi: Gülçin Mahmudzadə

Əlaqəli yazılar