Gecə vaxtı parkda tək gəzdiyiniz vaxtlarda, təkbaşına olduğunuz məkanlarda fövqəladə vəziyyətlə qarşılaşa bilərsiniz, amma bu təhlükələrə əvvəlcədən hazırlıqlı olmağınız daha rahat və güvənli hiss etməyinizə səbəb olar.
Fövqəladə vəziyyətlərdə insanların təhlükəsizliyi üçün nəzərdə tutulmuş müxtəlif mobil tətbiqlər mövcuddur. Bu tətbiqlər vasitəsilə çarəsiz hiss etdiyiniz anlarda bir düyməyə klik etməklə yaxınlarınızı məlumatlandıra bilərsiniz:
bSafe – Tətbiqdəki SOS düyməsi toxunuş və ya səslə aktivləşir. Seçdiyiniz insanlara ətrafdakı səslərin qeydini və yerləşdiyiniz məkanın yerini göndərmək, GPS vasitəsilə həmin insanlara getdiyiniz yerləri bəlli etmək olur;
Shake 2 Safety – Təhlükəli vəziyyət yaranarsa, bu tətbiq vasitəsilə telefonu əsdirərək, 4 dəfə yandırıb-söndürmə düyməsinə sıxaraq bir nəfərə mesaj göndərə bilərsiniz. Bundan başqa tətbiqdə səs qeydi və videoçəkiliş etmə imkanları da var;
Circle of 6 – Telefonunuzda “Circle of 6” tətbiqi olarsa, telefona iki dəfə toxunmaqla telefon kitabçanızdakı 6 adama harada olduğunuz barədə məlumat göndərə bilərsiniz.
Hazırladı: Aytən Cavadova