Əlaqəli yazılar

To ask felinin mənaları

Bu felin 2 mənası var: 1. soruşmaq; 2. xahiş etmək, istəmək

Aşağıdakı strukturlar onun hansı məna verdiyini aydınlaşdırmağa kömək edir:

To ask – soruşmaq

1. ask (somebody) + sual əvəzliyi – (kimdənsə) soruşmaq

• I asked him where they lived. – Mən ondan onların harada yaşadığını soruşdum.

• I asked where they lived. – Mən onların harada yaşadığını soruşdum.

2. ask somebody if/whether – kimdənsə soruşmaq ki,

• Ask Tom whether he’s coming tonight. – Tomdan soruş ki, axşam gələcəkmi?

• Ask Tom if he’s coming tonight. – Tomdan soruş ki, axşam gələcəkmi?

3. ask somebody something – (kimdənsə) nəsə soruşmaq

• We’ll have to ask someone the way to the station. – Biz kimdənsə vağzalın yolunu soruşmalı olacağıq.

4. ask (somebody) about something – (kimdənsə) nəsə haqqında soruşmaq

• Visitors usually ask about the history of the castle. – Ziyarətçilər adətən qalanın tarixi haqqında soruşurlar.

To ask – xahiş etmək, istəmək

1. ask + object + infinitive – kimdənsə nəsə etməyi xahiş etmək

• I asked John to mail those letters to me. – Condan xahiş etdim ki, o məktubları mənə göndərsin.

2. ask + infinitive – nəsə etməyi xahiş etmək

• Karen asked to see the doctor. – Karen həkimi görməyi xahiş etdi.

3. ask (somebody) for something – (kimdənsə) nəsə xahiş etmək, istəmək

• He asked for help. – O, kömək istədi.

• He asked me for help. – O, məndən kömək istədi.

Qeyd. “Infinitive” to hissəciyi olan məsdəri ifadə edir.

Müəllif: Madam Helpful