Bir çox VLOOKUP istifadəçilərində artıq belə bir vərdiş yaranıb ki, funksiyanın sonuncu parametri olan – Range_lookup hər zaman 0 (FALSE) olmalıdır. Bu yanlış fikirdir. Funksiyanın sonuncu parametrinin 2 növü var. 1.TRUE (1) – Approximate match; 2.FALSE (0) – Exact match. Gündəlik biz “Eynisi tap gətir (EXACT_MATCH) prinsipi” işlədiyimizə görə bu vərdiş halını alıb. Məhz bu videodərsimizdə sonuncu parametrdə hansı hallarda TRUE (1) işləndiyi haqqında danışmışıq.
https://www.youtube.com/watch?v=zlPqE0JK8DQ&t=s
Dərsin faylını yüklə: Range_lookup (TRUE or FALSE)
Exceldə qarşılaşdığınız problem, qurmaq istəyiniz layihə və sistemlər üçün komandamıza müraciət edə bilərsiz.
____________________________________________________________________________________________________________________________
Buradaykən, Sizdən kiçik bir xahişimiz var. Bildiyiniz kimi, biz – “INNAB” komandası olaraq ana dilində peşəkar inkişafı təmin etmək məqsədi ilə məzmun (kontent) yaratmaqla da məşğuluq. İşinə məsuliyyətlə və həvəslə yanaşan komandamız bu işi təmənnasız şəkildə yerinə yetirir. Komandamız məzmunlarımızın daha çox insanların izləməsini görüb daha da motivasiya olur. Bu işdə sizin də dəstəyinizə ehtiyacımız var. Bu postu paylaşmaqla, həmçinin hər baxıb bəyəndiyiniz videoları, məqalələri daha çox insana tövsiyyə etməklə, youtube kanalımıza, bloqumuza, facebook/linkedin/instagram səhifəmizə abunə olmaqla həm bizi motivə edə, həm də peşəkar inkişafınız üçün zəmin yarada bilərsiniz.