Təlim haqqında: MS Office proqramlarını bilmək müasir biznes mühitinin tələblərindən biridir. INNAB Sizə Word proqramının peşəkar tədrisini təklif edir. Təlim dövrü ərzində Siz bu proqramın bütün imkanlarını öyrənəcək və öyrəndiklərinizi praktiki olaraq tətbiq edəcəksiniz. Təlim müddətində işgüzar məktubların, sənədlərin, hesabatların, broşuraların və s. tərtibində qısa qeydlərdən tutmuş mürəkkəb yazılara qədər bütün incəliklər tədris ediləcək. Tədris təcrübəli mütəxəssislər tərəfindən aparılacaq.
Sertifikat: Tədrisin sonunda imtahan nəticələrinə əsaslanaraq iştirakçılara 3 istiqamətdə (dinləyici, müvəffəqiyyət, fərqlənmə) sertifikat təqdim olunacaq.
Təlimin planı: Bu linkdən tanış ola bilərsiniz.
Təlimin dili: Azərbaycan
Təlimin müddəti: Dərslər 1 ay (16 Saat) çərçivəsində həftədə 2 dəfə keçirilir. Hər dərsin müddəti 2 saatdır.
Təlimin qiyməti:
Təlim saatları | Dərs formatı | Qiymət |
19:00-21:00 | Online (Fərdi şəkildə) | 280 AZN |
19:00-21:00 | Ənənəvi (fərdi şəkildə) | 320 AZN |
Təlimin təlimçisi:
Ləman Məmmədova – 2016-cı ildə Azərbaycan Memarlıq və İnşaat Universitetinin bakalavr dərəcəsini bitirib. 2018-ci ildə isə Azərbaycan Milli Elmlər Akademiyasının İdarəetmə Sistemləri İnstitutunun magistr dərəcəsini bitirmişdir. Hal-hazırda isə Kiber LTD şirkətində proqramist vəzifəsində çalışır və eyni zamanda İNNAB komandasının üzvüdür.
Tural Daşdəmirov – 2009-cu ildə Azərbaycan Dövlət Neft Akademiyasını “Kompüter Riyaziyyatı” ixtisası üzrə bitirmiş və “Proqramçı, Kompüter mühəndisi” statusu almışdır. Tələbəlik illərində əlavə olaraq müxtəlif kompüter kurslarında müəllim kimi çalışmışdır. 2012-ci ildən etibarən dünyanın aparıcı neft şirkətlərindən biri olan BP şirkətilə işləyən podratçı şirkətlərdə müxtəlif vəzifələrdə fəaliyyət göstərmişdir. İnformasiya Texnologiyaları və Elektronika haqqında kifayət qədər məlumatlara sahibdir. Rəsmi Microsoft Office Excel Expert sertifikatına sahibdir. Hal-hazırda isə INNAB komandasının bir üzvü kimi fəaliyyət göstərməkdədir.
QEYDİYYAT ÜÇÜN ƏLAQƏ VASİTƏLƏRİMİZ
Kursda iştirak etmək üçün Qeydiyyat Formunu doldurun
Tel: 050 290 61 21
E-poçt: [email protected]
____________________________________________________________________________________________________________________________
Buradaykən, Sizdən kiçik bir xahişimiz var. Bildiyiniz kimi, biz – “INNAB” komandası olaraq ana dilində peşəkar inkişafı təmin etmək məqsədi ilə məzmun (kontent) yaratmaqla da məşğuluq. İşinə məsuliyyətlə və həvəslə yanaşan komandamız bu işi təmənnasız şəkildə yerinə yetirir. Komandamız məzmunlarımızın daha çox insanların izləməsini görüb daha da motivasiya olur. Bu işdə sizin də dəstəyinizə ehtiyacımız var. Bu postu paylaşmaqla, həmçinin hər baxıb bəyəndiyiniz videoları, məqalələri daha çox insana tövsiyyə etməklə, youtube kanalımıza, bloqumuza, facebook/linkedin/instagram səhifəmizə abunə olmaqla həm bizi motivə edə, həm də peşəkar inkişafınız üçün zəmin yarada bilərsiniz.
Komputer kurslarinin qiymetleri munasibdirmi?ferdi wekildemi kecirilir dersler yoxsa qrup weklinde?qiymetini zehmet olmasa yazardiniz
Kompüter proqramları həm fərdi, həm də qrup şəklində tədris olunur. Qiymətlər aşağıdakı kimidir:
Word - 50 AZN (qrup), 90 AZN (fərdi)
Power Point - 50 AZN (qrup), 90 AZN (fərdi)
Excel - 75/100 AZN (qrup üzrə aylıq), 200/250 (fərdi)
Ümumi olaraq MS Office - 50 AZN
Indi odenisliye kecdiz?
Bu təlim ofis şəraitində keçiril və ödənişlidir. Onlinə təlimlər isə davam edir.
Salam yaxinlarda office proqramlarindan elave photoshop autocad 3 damx corel draw ve s programqlara aid derslerin onlayn dersleri olacaqmi ?