Əlaqəli yazılar

Xoşlamadımız insanları idarə etmək üçün HBR bizə nə təklif edir?

1. Deyir ki, komandada hər kəs sənin istədiyin kimi olmayacaq. Olsa belə bu düzgün deyil. Hətta professor Sutton təklif edir ki, sənin xoşuna gələnlər əvəzinə işini bilən, fərqli baxış bucağı sərgiləyən, amma xoşuna gəlməyənlər götürsən onlar məsələləri daha çox mübahisələndirəcək, daha çox fikirləşməyə vaxt ayıracaqsan.

2. Çalışın onu deyil də, ona verdiyiniz reaksiyanı dəyişəsiniz. Ola bilsin o sizə kimisə sizə xatırladır. O kimsə də sizə vaxtilə qıcıq verib deyə indi də bu şəxsə qıcıq olursunuz. Amma, bu hər zaman belə olmaya bilər. Professor Dattner deyir ki, heç də həmin insanların pis xüsusiyyətlərdən ibarət deyil. Onun mütləq ki, yaxşı xüsusiyyətləri var və siz onu axtarıb tapmalısınız və bir növ özünüzə bunu təskinlik tapmalısınız.

3. Deyir ki, heç bir işçi rəhbəri tərəfindən bəyənilməməyi istəməz. Əgər bəyənilmədiyini görsə təbii ki, performansı aşağı düşəcək. Ona görə də çalışıb bunu qarşı tərəfə hiss etdirməməlisiniz. Uzun sözün qısası, işinizin xatirinə bəzən tabeliyinizdə olan şəxslərə dözmək məcburiyyətindəsiniz. Yetər ki, əmin olasınız ki, o şəxs şirkətinizə əlavə dəyər qatır, mübahisə elədiyi mövzular sizin və şirkətiniz üçün önəmli mövzulardır və bütün bunlar şirkəti qabağa aparır.