Əlaqəli yazılar

Zeyqarnik effekti

Tamamlanmamış işlər beyninizi məşğul edirsə, Zeyqarnik effektinə məruz qalmısınız. Bu hal ilk dəfə Bluma Zeyqarnik adlı sovet psixoloqu tərəfindən müşahidə edildiyi üçün onun şərəfinə adlandırılıb.

İşi tamamlamadıqda o, zehni gərginlik yaradır və təkrar-təkrar yada düşür. Buna görə də yarımçıq işlərin detallarını tamamlanmış işlərdən daha yaxşı xatırlayırıq. İş tamamlandıqdan sonra isə onu asanlıqla unuduruq.

Zeyqarnik effektinə görə serialların davamını səbirsizliklə gözləyirik, yaxud oxunmamış elektron məktublarda nə olduğu bizi maraqlandırır.

Amma Zeyqarnik effektinin yaxşı tərəfləri də var. Uzun müddət təxirə saldığımız işləri yerinə yetirmək üçün Zeyqarnik effektindən istifadə edə bilərik. Bunun üçün xırda bir şeydən başlaya bilərik. Məsələn məqalə yazmalıyıqsa, kompüteri açıb məqalənin adını yazıb yarımçıq saxlasaq, zehnimiz tez-tez bizə məqalənin yarımçıq qaldığını xatırladacaq və beləliklə, narahatlığımıza son qoymaq üçün məqaləni bir neçə günə tamamlayacağıq.

Hazırladı: Madam Helpful

Əlaqəli yazılar