"55 dərsə Excel" kitabı

Exceli A-dan Z-ə öyrədən stolüstü kitab

Müasir iş dünyasında sektorundan asılı olmayaraq dövlət və özəl müəssisələrdə, habelə fiziki şəxslər tərəfindən ən çox istifadə edilən proqramlardan biri Excel proqramıdır. Excel vasitəsi ilə məlumatların saxlanılması, emal edilməsi, hesabatlılığın təmin edilməsi, müxtəlif hesablamaların aparılması, işlərin təqib edilməsi yerinə yetirilir. Proqramın çox funksiyalı olmasına nəzərən interfeysinin rahat olması istifadəçilər tərəfindən daha çox sevilməsinə səbəb olub. Təsadüfi deyil ki, “Excel” proqramını yüksək səviyyədə bilən şəxslərin uzunmüddətli dövrdə işsiz olması halına rast gəlinmir. Bundan əlavə bu proqram təminatını yüksək səviyyədə bilən işçilərin vəzifə artımları da digərlərinə nəzərən daha tez olur. Excel derslerini bu mükəmməl kitab ilə indi çox asanlıqla öyrənə bilərsiniz.

Excel üzrə ən çox satılan praktiki kitabın və Excellə bağlı ölkəmizdə bir çox ilklərə imza atan (“Alo Excel”, “Excelin Atası”, “55 dərsə Excel” video dərsliyi) İnnab komandası tərəfindən artıq 5-ci dəfə “55 dərsə Excel” kitabı nəşr edilmişdir. Exceli bu stolüstü kitab vasitəsi ilə tam öyrənə bilərsiniz. 

Kitabda 0-dan başlayaraq mükəmmələ doğru Excelin bütün əmrləri, menyuları (Macro xaric), 222 funksiyası izah edilmişdir. Kitabın 5-ci nəşrində 2022-ci ildə yenilənən funksiyalar haqqında da ətraflı məlumat verilmişdir. Kitabın mündəricatı ilə və bəzi nümunələrlə linklərdən tanış ola bilərsiniz. 

Artıq 5-ci nəşrimiz işıq üzü görüb. Aşağıdakı form və əlaqə vasitəsitələri ilə sifariş etməklə kitaba sahiblənmək mümkündür.

Excel kitabının qiyməti 25 AZN-ə əldə edə bilərsiniz. Ölkə ərazisində çatdırılma pulsuzdur

Əlaqə nömrəsi: 050 290 61 21