Əlaqəli yazılar

Faydalı mobil tətbiqlər

1. Alo, Excel – “Excel” iş həyatında ən lazımlı proqramlardan biridir. “INNAB”ın “Alo, Excel” mobil tətbiqini yükləyərək “Excel” funksiyalarını öyrənə bilərsiniz.

2. Wifi Master – İnternetiniz zəifləyibsə, ola bilsin ki, vayfayınızdan hansısa qonşunuz istifadə eləyir. O qonşunu tapıb bloklamaq üçün proqramı yükləyə bilərsiniz.

3. KitSort – Türkiyədən kitab sifariş verirsinizsə, bu proqram sizin işinizə çox yarayacaq. Proqram vasitəsilə sifariş verdiyiniz kitabın harada ucuz olduğunu müəyyən edə bilərsiniz.

4. Universal Copy – Bəzən “YouTube”, “İnstagram” və s. tətbiqlərin daxilində mətnləri kopiyalaya bilmirik. Bu proqramla ürəyiniz haradan istəyir, mətn kopiyalaya bilərsiniz.

5. HelloTalk – Dil partnyorunuzu tapıb ünsiyyət qura biləcəyiniz proqram

Bəs siz hansı tətbiqləri bilirsiniz?

Hazırladı: Aytən Cavadova

Əlaqəli yazılar