Əlaqəli yazılar

“Gmail”dəki az bilinən özəllik⁣⁣

Əvvəlki paylaşımlarda “Səhvən göndərdiyiniz imeyli geri almanın yolu“ndan bəhs etmişdim. Bu paylaşımda da bilinməyən özəlliklərindən biri haqda məlumat verəcəm.

⁣⁣

“Email” qəbul edərkən aytencavadova@gmail.com ilə ayten.cavadova@gmail.com arasında heç bir fərq yoxdur. Hətta a.y.tenc.a.vadova@gmail.com-a imeyl göndərsəniz belə, yenə eyni adama gedib çatacaq.

⁣⁣

Bu o deməkdir ki, hərflər arasında nöqtə olub-olmaması “mail” qəbul etmənizə heç bir maneə yaratmır.⁣⁣

⁣⁣

Bu özəllikdən istifadə edərək, yalnız 1 imeyl ilə eyni saytda bir neçə hesab aça bilərsiniz.⁣⁣

⁣⁣

Bəs siz bu özəlliyi bilirdiniz?⁣⁣

Hazırladı: Aytən Cavadova

Əlaqəli yazılar