Əlaqəli yazılar

Yoxsul idarəetmə

Rəhbər yoxsul ola bilər? Əlbəttə.

Davranış məktəbinə aid olan Blake-Mouton liderlik nəzəriyyəsində “idarəetmə şəbəkəsi” adlandırılan sxem üzrə müəyyən edilən 5 rəhbər tipindən biri də yoxsul rəhbərdir. Bu cür rəhbərlər özlərini komandadan uzaqlaşdıraraq komandaya özünü idarə etmək səlahiyyəti verir. Onlar “işi tapşır və yoxa çıx” (delegate and disappear) formasında idarəetməyə üstünlük verirlər.

İşi komanda üzvləri arasında bölüşdürmək, onlara tapşırıq vermək idarəetmənin effektiv üsuludur, lakin işin gedişatına nəzər salmadan, müvafiq istiqamət vermədən, komandanın və ya fərdlərin irəliləyişlərini izləmədən idarə etmək qeyri-effektiv liderlik üsuludur. Bu cür idarəetmənin nəticəsində fərd və ya komanda özünə qarşı etinasız yanaşmadan narahat olur və rəhbərlə əlaqənin kəsildiyini hiss edir. Komanda daxilində rəhbərin nüfuzu itir. Rəhbər daim komanda ilə ünsiyyətdə olmalı, işçilərlə yaxşı münasibətlər qurmalıdır ki, onlar özlərinə verilmiş səlahiyyətlərdən motivasiya alsınlar.

Müəllif: Madam Helpful