PMS təliminə qoşularaq siz də I Mərhələ üçün Peşəkar Mühasib Sertifikatını əldə edə bilərsiniz. Üstəlik 2 dostunu təlimə gətirən şəxslər bizdən 5% endirim qazanacaq. PMS kurslarında ən önəmli olan peşəkar mühasib sertifikatı sualları üzərində hazırlaşmaqdır. Tədris proqramımız 3 ay (50-60 saat) kimi planlaşdırılıb. Real keyslər üzərində izahlarla Peşəkar mühasib sertifikatı imahanının I mərhələsinə bizimlə asan şəkildə hazırlaşacaqsınız. Peşəkar mühasib sertifikatının (PMS) verilməsi üçün keçiriləcək PMS imtahan proqramı ilə, aşağıda sağ tərəfdə olan pdf yüklə hissəsinə klik etməyiniz kifayətdir.
Peşəkar mühasib sertifikatı (PMS) – Dövlət İmtahan Mərkəzinin təşkil etdiyi imtahandan müvəffəqiyyətlə keçdiyini və “Peşəkar mühasib” səviyyəsinə uyğunluğunu təsdiq edən sənəddir. INNAB Business School olaraq, sizlərə PMS I mərhələnin peşəkar tədrisini təklif edirik. PMS təlimlərimizdə iştirak edərək, bu imtahanda uğurlu nəticə əldə edə bilərsiniz. PMS sertikatı sizə əlavə üstünlüklər qazandıracaq. Peşəkar Mühasib Sertifikatı kursları sizi I mərhələ üçün nəzərdə tutulmuş imtahandan uğurla keçməyinizə kömək edəcək.
PMS imtahan iki mərhələli formada keçirilir.PMS iki mərhələli formada əldə edilir. Hər bir mərhələ üçün ayrıca imtahan sualları olduğu üçün , hazırlıqlar da fərqli formada keçirilir. Biz sizə birinci mərhələ üçün peşəkar tədris təqdim edirik.
1. Mühasibat uçotu üzrə sualları əhatə edir;
2. Büdcə, vergi, mülki və əmək qanunvericiliyi üzrə sualları əhatə edir.
Peşəkar Mühasib Sertifikatının əldə olunması üçün keçirilən birinci mərhələdə iştirakçılar Mühasibat uçotu sualları ilə tanış olur və bu suallar əsasında hazırlıqlara başlayır. Mühasibat uçotu sualları aşağıdakı standartlar və qaydalar üzrə tərtib edilir:
• Kiçik və Orta Sahibkarlıq Subyektləri üçün Maliyyə Hesabatlarının Beynəlxalq Standartları;
• Maliyyə Hesabatlarının Beynəlxalq Standartları;
• İctimai Sektor üçün Mühasibat Uçotunun Beynəlxalq Standartları;
•Kiçik və Orta Sahibkarlıq Subyektləri üçün Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarına əsasən mühasibat uçotunun aparılması qaydaları;
• Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarına əsasən mühasibat uçotunun aparılması qaydaları;
• İctimai Sektor üçün Mühasibat Uçotunun Beynəlxalq Standartlarına əsasən mühasibat uçotunun aparılması qaydaları.
Peşəkar Mühasib Sertifikatı üçün keçirilən imtahandan müvəffəqiyyətlə keçmiş şəxslərə aşağıdakı 4 növ sertifikatlar verilir:
1. Kiçik və Orta Sahibkarlıq Subyektləri üçün Maliyyə Hesabatlarının Beynəlxalq Standartları üzrə peşəkar mühasib sertifikatı.
2. Maliyyə Hesabatlarının Beynəlxalq Standartları üzrə peşəkar mühasib sertifikatı.
3. İctimai Sektor üçün Mühasibat Uçotunun Beynəlxalq Standartları üzrə – I səviyyə peşəkar mühasib sertifikatı.
4. İctimai Sektor üçün Mühasibat Uçotunun Beynəlxalq Standartları üzrə – II səviyyə peşəkar mühasib sertifikatı.
QEYD : Özü ilə 2 dostunu təlimə gətirən şəxslər üçün 5% endirim nəzərdə tutulmuşdu
Tədris forması |
---|
Saat 19:15-21:15 aralığında (oflayn) |
Qeyd: Saytda hərf səhvləri axtarış zamanı öndə çıxmaq üçün bilərəkdən edilmişdir.
Peşəkar mühasib sertifikatı təlimində iştirak üçün sizə Mühasibat uçotunu peşəkar şəkildə bilmək və sahə üzrə təcrübə lazım olacaq.
PMS təliminin sonunda imtahan nəticələrinə əsaslanaraq iştirakçılara 4 dərəcə üzrə iştirakçı (33%-50%), yetərlilik (51%-65%), müvəffəqiyyət (66-83%) və fərqlənmə (84% və yuxarı) sertifikat təqdim olunacaq.
Qeyd: 33%-dən aşağı göstərici göstərən tələbələrə sertifikat təqdim olunmayacaq.
"İnnab Karyera Mərkəzi"nin dəstəyi ilə təşkil olunan PMS kursunda, imtahan nəticəsi 90% üzəri performans göstərən iştirakçıların işlə təmin olunması üçün köməklik edilir.
Müraciət üçün
formu doldurun
sizə zəng edək.
Əlaqə
Bizi izləyin
© 2023. Bütün hüquqlar qorunur