Əlaqəli yazılar

İnsan Resurslarının İdarə Edilməsi

İnsan resurslarının idarə edilməsi anlayışı ilə əlaqədar müxtəlif yazılar, izahlar mövcuddur. Ancaq, bu prosesi daha qısa ifadə ilə ümumiləşdirmək istərdik:

Ümumi mənada: İnsan resurslarının idarə edilməsi anlayışı özündə, biznesin ən vacib qaynağı olan insan gücünün, müəyyən olunmuş hədəflər istiqamətində ən uyğun və ən səmərəli formada istifadəsini əhatə edən bütün metod, üsul və vasitələri özündə birləşdirir.

 

Geniş mənada isə insan resurslarının idarə edilməsi aşağıdakı kompleks məsələləri əhatə edir:

Əgər İnsan Resursları fəaliyyətlərinin hər bir sahəsinə bir pazl kimi baxsaq, bu fəaliyyət sahələri birləşərək bütöv bir tablonu yaradır.

 

Kadrların idarə olunması konsepsiyası 1990-cı illərdə insan resurslarını idarəetmə anlayışı olaraq dəyişməyə başladı. Bu istiqamətdə araşdırma, tədqiqat təşkilatları, Ümumi Keyfiyyət İdarəetmə anlayışlarının ortaya çıxması ilə insanlara verilən dəyər artmağa başladı. İnsan resursları idarəçiliyi bu dövrdən sonra özünü inkişaf etdirməyə davam etdi. Yeni funksiyalar (mükafatlandırma, motivasiya və s.) əldə etməklə özündə yeni anlayışlar yaratdı.

İş mühitində insan resursları barədə düşüncələr aşağıdakı mərhələlərdən keçdi:

Əvvəllər insanların yalnız qol gücü sahib olduğu düşünülürdü,

Sonra beyin gücünün varlığı kəşf edildi;

Bu gün isə insanların hisslərinin, duyğularının olduğu bilinir…

İş mühitində insana baxış tərzlərinin hansı mərhələlərdən keçdiyini və hazırda hansı səviyyədə olduğunu aşağıdakı cədvəldə tanış olaq. Cədvəldən göründüyü kimi ilk dövlərdə insana sadəcə istehsal aləti və xərc ünsürü olaraq baxılırdısa, artıq sonrakı dövrlərdə tendensiya gedərək dəyişmiş, insan resursları ən önəmli qaynaq, əsas dəyər, investisiya və kapital ünsürü kimi qəbul edilmişdir.

 

 

 

 

 

Buradaykən, Sizdən kiçik bir xahişimiz var. Bildiyiniz kimi, biz – “INNAB” komandası olaraq ana dilində peşəkar inkişafı təmin etmək məqsədi ilə məzmun (kontent) yaratmaqla da məşğuluq. İşinə məsuliyyətlə və həvəslə yanaşan komandamız bu işi təmənnasız şəkildə yerinə yetirir. Komandamız məzmunlarımızın daha çox insanların izləməsini görüb daha da motivasiya olur. Bu işdə sizin də dəstəyinizə ehtiyacımız var. Bu postu paylaşmaqla, həmçinin hər baxıb bəyəndiyiniz videoları, məqalələri daha çox insana tövsiyyə etməklə, youtube kanalımıza, bloqumuza, facebook/linkedin/instagram səhifəmizə abunə olmaqla həm bizi motivə edə, həm də peşəkar inkişafınız üçün zəmin yarada bilərsiniz.Bu yazımızda sizə İnsan Resurslarının mahiyyəti haqqında ilkin məlumat verməyə çalışdıq.

Müəllif: HR Ekspert

 

Əlaqəli yazılar