Əlaqəli yazılar

Effektiv rəy (feedback) mədəniyyəti yaratmaq mümkündürmü?

Aparılan araşdırmalara görə menecerlərin təxminən 70 faizi onlara tabe olan işçilərə düzgün feedback verməkdə çətinlik çəkirlər.

Bəs feedback vermək nə üçün lazımdır?

1. Feedback verməmək təkcə biznes nəticələrinə mənfi təsir etmir, eyni zamanda korporativ mühiti də kifayət qədər korlaya bilir;
2. Adətən, hər bir işçi üçün rəhbərinin onun haqqında nə düşündüyü, ondan nə gözlədiyi, etdiyi işlərdən nəyin doğru, nəyin yanlış olduğunu bilməyəndə nəyi niyə etməli olduğunu bilmir;

Bəs effektiv feedback necə verilməlidir?

1. Tənqid və tərifləri şəxsiyyətə deyil də, işə yönəltmək lazımdır;
2. Açıq suallar verərək qarşı tərəf üçün bir növ güzgü tutmaq lazımdır;
3. Təşəkkür etməyi bacarmaq lazımdır.

Komandada feedback mədəniyyətini yaratmaq üçün nələr etmək olar?

Komandada hər kəsin görəcəyi bir Google spreadsheetdə (daha təkmil platforma da ola bilər) müsbət və mənfi feedbackları qeyd edəcəyimiz bir sistem hazırlayırıq. Burda təkcə menecerlər deyil, eyni zamanda işçilər də öz rəhbərləri haqqında olan feedbackları asanlıqla qeyd etməyə imkan yaradırıq. Eyni zamanda komandaya izah edirik ki, burdakı feedbacklar günahkarı tapmaq üçün deyil də səhvlərimizi bir daha təkrarlamamaq üçündür. Beləliklə, şəffaf şəkildə insanlar öz mənfi və müsbət cəhətlərini qiymətləndirə və onların üzərində işləyə bilərlər.

Qeyd edim ki, 5 ilə yaxındır ki, bu sistemdən istifadə edirəm və effektivliyinin şahidi olmuşam.

#innab #BilikPaylaşdıqcaArtar