Əlaqəli yazılar

Göbələk idarəetmə

Göbələk idarəetmə işçiləri “qaranlıq”da saxlayaraq onları idarə etməyə yönəlmiş idarəçilik metodudur. Bu metod qaranlıq yerdə göbələk yetişdirməyə oxşadığı üçün belə adlandırılır. Bu nəzəriyyəyə əsasən, rəhbər işçiyə tapşırıq verir, amma onu işin məqsədi haqqında məlumatlandırmır. Rəhbər qərarvermə prosesini tamamilə özü idarə edir, startegiya, gəlir, xərclər, risklər barədə işçiləri məlumatlandırmır. Rəhbərlə işçilər arasında kommunikasiya kanalları bağlıdır.

Aşağıdakılar göbələk idarəetmə nümunələridir:

· narsisistik liderlik: təşkilati hədəfləri şəxsi mənafeyə qurban vermək;

· səhvləri boynuna almamaq və işçiləri günahlandırmaq;

· işçilərin istedad və potensialını təhdid kimi qəbul edərək onları qərar qəbulu prosesindən kənarlaşdırmaq;

· məxfilikdən nəzarət aləti kimi istifadə etmək.

Bəzən isə göbələk idarəetmə faydalı ola bilər. Bu halda hər bir işçiyə yalnız işi üçün lazım olan informasiya ötürülür. Çünki konfidensiallıq baxımından heç də bütün məlumatların hamıya ötürülməsi doğru deyil. Beləliklə, rəhbərlər informasiyanı düzgün paylaşdırmağı bacarmalıdırlar. Bu isə olduqca çətindir və xüsusi bacarıqlar tələb edir.

Hazırladı: Madam Helpful